Bütün peyğəmbərlər namaz qılıblarsa, onda İsa xristian yox müsəlman olub?

    21.01.2015
Sual: 
salam namazi ilk defe mehemmed peyganber getirmeyib axi siz deyirsizki butun peygan berler namaz qilib bes isa peyganberde qilibsa o muselmandi yoxsa xiristian men hecne basa dusmurem axi
Cavab: 

Aleykum salam. Müsəlman Allaha təslim olub, heç bir şərik qoşmadan yalnız ona ibadət edən kimsəyə deyilir. Bu mənada bütün peyğəmbərlər müsəlman olub. Xristianlıq isə İsanın (Allahın ona salamı olsun) gətirdiyi tək Allaha ibadət dininin insanlar tərəfindən dəyişdirilməsi nəticəsində yaranıb. Uca Allah buyurur: "İsa onlardakı küfrü hiss etdikdə dedi: "Allah yolunda kimlər mənə yardımçı olacaq?" Həvarilər dedilər: "Bizik Allahın dininin yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq!" (Ali İmran, 52). Daha ətraflı: İslam - tək haqq dindir!

Teqlər: 
Paylaş: