Din nədir?

    10.01.2014
Sual: 
Salam aleykum. Din nedir?
Cavab: 

Salam aleykum. Din sözü ərəb dilində əvəz, əməl, qanun kimi bir neçə mənaları vardır. İstilahi mənada isə din insanların inandıqları və tabe olduqları inanc, əqidə, ideologiyadır. İslam dininə görə üç növ din vardır:
1. Allahdan göndərilməyən batil dinlər. Məsələn, buddizm kimi əsası olmayan, insan tərəfindən uydurulan inanc.  
2. Allahdan göndərilən, lakin zaman keçdikcə dəyişdirilən və hökmü ləğv edilən dinlər. Məsələn, yəhudilik və xristianlıq kimi. 
3. Haqq din. Bu da yalnız İslam dinidir. Həm Allahdan göndərilmiş, həm də Qiyamətə qədər hökmü davam edən dindir.

Uca Allah buyurur: "Həqiqətən, Allah dərgahında (haqq) din, İslamdır!" (Ali İmran, 19).  

Paylaş: