Elektron saata baxanda həmişə eyni rəqəmlər görürəm...

    24.01.2015
Kimdən: 
günay
Sual: 
Salam.mən elekton saata nə vaxt baxramsa,eyni rəqəmlər gəlir.öz telefonumda o rəqəmləri görməsəm də başqa telefonda və ya teçevizorda görürəm bunun dinlə əlaqəsi ola bilər?məsələn,13:13.14:14 00:00.11:11; və sair.mən qızam unidə oxuyuram.1 kurs.zəhmət olmasa cavablandırın.dinlə əlaqəsi ola bilərmi?
Cavab: 

Aleykum salam. Bunun dinlə əlaqəsi yoxdur, sizin həyatınıza da heç bir təsir edə bilməz. Ümumiyyətlə nəhs, uğursuz rəqəm anlayışı yoxdur. Bəzi insanlar 13 rəqəminin uğursuz olduğuna inanırlar. Bəziləri isə 666 rəqəmini guya "Şeytanı ədədi" hesab edirlər. Bürclərin və göy cisimlərinin vəziyyətindən asılı olaraq, müəyyən günləri uğursuz sayanlara da rast gəlirik. Lakin bu kimi fikirlərin dinlə heç bir əlaqəsi yoxdur. Bu inancların əksəriyyəti batil dinlərdən, inanclardan, bir hissəsi də xristianlıqdan qaynaqlanır. Daha ətraflı: Bəd əlamətlərə inanma!

Teqlər: 
Paylaş: