Peyğəmbərimizin qəbri harada yerləşir?

    25.01.2015
Kimdən: 
Emin
Sual: 
as salamu aleykum.peygemberimizin (sallallahu eleyhim ve sellem) qebri haradadir ?xaiw edirem tez cvb vererdiniz
Cavab: 

Aleykum salam. Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) qəbri Mədinədəki Peyğəmbər məscidinin içərisindədir. Əvvəllər bu məscid kiçik idi, Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) zövcəsi Aişənin (Allah ondan razı olsun) evi isə məscidə bitişik idi. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) vəfat etdikdə bu evdə dəfn edildi. Sonralar məscid genişləndirildi və qəbir məscidin içərisinə, qiblə istiqamətindən sol tərəfə düşdü.

Teqlər: 
Paylaş: