Dua edərək Allahdan qız övladı istəmək günah deyil ki?

    25.01.2015
Kimdən: 
RiaR
Sual: 
Salam Aleykum .Sulalim odur ki menim bir oglum var All aha hemd olsun .Isterdim ikinci ovladim qiz olsun.Bunun ucun dua etsem All aha qiz ovladi nesib et.Goresen Allahin qezdbine gelerem??? Xahiw edirem cavablab landirardiz sualimi.. Allah razi olsun..
Cavab: 

Aleykum salam. İslama görə oğlanla qız övladı arasında fərq qoyulmur. Qız övladı istəməyiniz də günah deyil. Uca Allah buyurur: "Göylərdə və yerdə səltənət Allahındır. O, istədiyini yaradır; kimə qız uşaqları, kimə də oğlan uşaqları bəxş edir. Yaxud hər ikisindən - oğlan və qız uşaqları verir, istədiyini də sonsuz edir. Həqiqətən, O, Biləndir, Qadirdir". (əş-Şura, 49-50).

Teqlər: 
Paylaş: