Yaxşı qiymət almaq üçün müəllimə pul vermək olarmı?

    27.01.2015
Kimdən: 
Yegane
Sual: 
Selamu aleykum.qiymeti yaxsi yazsin deye mullime pul vermek gunahdir? Bir muellim var ki telebe dersin yaxsi oxusadA pul alir.men de yaxsi oxuyuram Bilmirem pul verim yoxsa vermiyim .versem gunah olar?
Cavab: 

Aleykum salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) rüşvət alanı da, verəni də lənətləmişdir. (ət-Tirmizi, Əbu Davud). Rüşvət yalnız haqqınız çatan şeyi başqa cür əldə edə bilmədiyiniz halda günah sayılmır. Siz həqiqətən də imtahana yaxşı hazırlaşmısınızsa, bu halda günah sayılmır. Daha ətraflı: Pul verib işə düzəlmək olarmı?

Paylaş: