Dovşan əti və quş ətlərini yemək halaldırmı?

    27.01.2015
Kimdən: 
Yegane
Sual: 
Selamu aleykum.sigircin dovsan ve basqa qus etleri yemeye dinimiz nece baxir?yemek olarmi Uca ALLAH sizlerden razi olsun
Cavab: 

Aleykum salam. Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) köpək dişləri olan vəhşi heyvanların və caynaqlı quşların yeyilməsini qadağan etmişdir. (Muslim, 1934).
Həmçinin dovşan ətini yemək də icazəlidir. Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, günlərin birində insanlar Marr az-Zahranədə dovşanı qovaraq tutmaq istəyirdilər. Lakin yorulub əldən düşdülər. Mən isə qaçaraq onu tutdum. Dovşanı Əbu Talhənin (radıyəllahu anhu) yanına gətirdim. Əbu Talhə onu kəsərək budunu (arxa ayaqlarını) peyğəmbərə göndərdi. (əl-Buxari, 2672; Muslim, 1953).

Paylaş: