Bəzi zikrləri müəyyən sayda söyləmək doğrudurmu?

    12.02.2015
Sual: 
Salam aleykum ve rehmetullahi ve bereketuhu. Müəyyən zikrləri və ya duaları müəyyən sayıda söyləmək nə dərəcə də düzgündür və anlamı nədir? Birdə bunlara aid hədisləri oxumuşam səhihləri də var.
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) etdiyi zikrləri onun dediyi sayda etmək lazımdır, məsələn namazdan sonra "əlhəmdulilləh", "subhanallah" və "Allahu əkbər" sözlərinin hər birini 33 dəfə demək kimi. Allahın adlarını bir neçə yüz dəfə demək kimi Quranda və səhih hədislərdə olmayan şeyləri isə etmək olmaz. Ona görə də belə məlumatların mənbəyini, səhih hədislərdən götürülməsini yoxlamaq lazımdır. Səhih mənbələrdə bildirilmiş zikrlərdən bəziləri bu kitabdadır: Müsəlmanın qalası (dua və zikrlər kitabçası)

Teqlər: 
Paylaş: