Həmzad nə deməkdir?

    11.01.2014
Sual: 
Hemzad ne demakdir?ushagimin 6yashi var ve o danishmir,cox adam deyir onu hemzad tutub.by he demakdir ve ne etmak lazimdir??
Cavab: 
Salam aleykum. Həmzad sözünə ərəb dilində "həməzət" deyilir. Quranda "həməzətiş-şəyətin", yəni "şeytanların vəsvəsələri" kimi qeyd edilir. Uca Allah buyurur:
"De: "Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!" (əl-Muminun, 97-98).
Həmzad dedikdə cinin insana toxunması nəzərdə tutulur. Əgər sizin uşağınızda olan xəstəlik bununla bağlıdırsa, bu xəstəliyi Quran oxumaq və s. kimi İslami müalicə üsulları ilə müalicə etmək mümkündür. Siz bu işin mütəxəssislərinə müraciət etməlisiniz. Həmçinin, özünüz əlinizi övladınızın başına qoyub əl-İxlas, əl-Fələq, ən-Nas, əl-Fatihə surələrini və Ayətul-Kursi ayəsini (əl Bəqərə, 255) oxuya bilər və müntəzəm olaraq şəfa tapmaq üçün Allaha dua edə bilərsiniz. Allah belə buyurur: 
"Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır" (əl-İsra, 82).
Allah şəfa versin.
Teqlər: 
Paylaş: