Nəfs ilə mübarizə necə olmalıdır?

    08.01.2014
Sual: 
Salam.insan nefsinin qarsisini nece ala biler.ve neleri etmemelidi.meselem menim evim yoxdu.ve men cox isteyiremki olsun bu nefs sayila bilermi?onceden tesekkurler.
Cavab: 

Aleykum salam. İnsanın evinin olmaması onun zəruri ehtiyacıdır. Zəruri ehtiyac duyulan şeyləri arzulamaq və onları əldə etməyə can atmaq nəfsi istəklərə uymaq sayılmır və buna görə mübarizə aparmağa heç bir lüzum yoxdur. Əksinə, Peyğəmbər (salləllahu aleyhi və səlləm) hər bir müsəlmanı işləməyə, öz zəhməti ilə ruzi qazanıb ailə qurmağa, ev əldə etməyə və ümumiyyətlə ehtiyacı olan hər bir şeyi qarşılamağa həvəsləndirmiş və bu işin savab olmasını söyləmişdir. Buna dair hədislər olduqca çoxdur. Rəvayət edilir ki, Allahın Elçisindən (salləllahu aleyhi və səlləm) soruşdular: "Ən yaxşı qazanc hansıdır?" O: "Kişinin öz zəhməti və halal ticarət yolu ilə əldə etdiyi qazanc" - deyə cavab verdi. Həmçinin, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Canım Əlində olan Allaha and olsun ki, birinizin ip götürüb bir şələ odun yığaraq, belində (bazara) aparması, onun üçün kiməsə ağız açmaqdan daha xeyirlidir. Həm də bilmək olmaz, (o adam) ona istədiyini verəcək, yoxsa imtina edəcək".

Paylaş: