Spirtli içkilərdən əldə edilən qazanc haram sayılırmı?

    08.03.2015
Sual: 
salam aleykum.icki icmek haramdir .bes ickiden qazanilan puldami haramdir?indi icki zavodlarindan qazanilan pul halal sayilmir?orada iwleyen fehleyedemi haram sayilir bilmek isterdim.RadiAllah
Cavab: 

Aleykum salam. Uca Allah buyurmuşdur: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz (buna) son qoyacaqsınızmı?" (əl-Maidə, 90-91).
Ayədə "Onlardan uzaq durun" əmri var. Bu səbəbdən peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) sərxoşedici şeylərlə əlaqədar olaraq 10 nəfərə lənət edib: "Sıxana, sıxdırana, içənə, daşıyana, daşıdana, təqdim edənə, satana, pulunu yeyənə, satın alana və aldırana". (ət-Tirmizi "Sehr", 59; Əbu Dəvud "Əşribə", 2).
Peyğəmbər (salləllahu aleyhi və səlləm)demişdir: "Uca Allah bir qövmə bir qidanı haram etmişdirsə, ondan gələn qazancı da haram etmişdir". (Əbu Dəvud).
Bir dəfə Tariq ibn Suveyd adlı səhabə (Allah ondan razı olsun) Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) içki barədə sual soruşdu. O da bunu ona qadağan etdi. Tariq (Allah ondan razı olsun) dedi ki, mən içkidən ancaq dərman vasitəsi kimi istifadə edəcəyəm. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "O, dərman deyil! Dərddir!" (Muslim "Əşribə", 12 (1984); Əbu Davud "Tibb", 11).

Teqlər: 
Paylaş: