Kreditə pul götürmək və alış-veriş kartları haqqında

    17.03.2015
Kimdən: 
togrul
Sual: 
essalamu aleykum ve rehmetullahi ve bereketu.hansisa iw ucun bankdan kredit goturmek olarmi?birde kredit kartlarindan albali bol kart ve s. alis veriscun istifade etmek olarmi?faizsiz kreditle alis veris etmek olarmi?
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Kredit götürmək bütün hallarda haramdır. Daha ətraflı: Kredit götürmək haqqında
Hazırda bəzi banklar müştərilərə alış veriş kartları təqdim edirlər. Kart vasitəsilə hansısa malı alırsınız, daha sonra həmin pulu hissə-hissə banka qaytarırsınız. Aşağıdakı 2 halda bu kartlardan istifadə etmək riba (faiz) sayılır və haramdır:

  1. Borclu olduğunuz məbləğin üzərinə əlavə faiz gəldikdə
  2. Borclu olduğunuz məbləği aybaay vaxtında ödədikdə üzərinə faiz gəlmir, gecikdirdikdə isə faiz gəlir. Rəsulullah (salləllahu aleyhi və səlləm) ribanı (faiz) yeyənə, yedirdənə (burada faiz alan və verən nəzərdə tutulur), (müqaviləni) tərtib edənə, şahidlik edənə lənət etdi və: Onlar bərabərdirlər, – dedi. (Səhih Muslim).
Teqlər: 
Paylaş: