"Tabein" sözünün mənası nədir?

    23.03.2015
Sual: 
Salam aleykum.Bezi kitablarda filankes tabiinlerden biri idi yazilir. Tabiin ne demekdir?ve sehabe ile eshabin ferqi nededir? Salam aleykum va rahmətullahi va bərakətuh
Cavab: 
Aleykum salam. Tabein - səhabələrin ardıcılları, yəni onlardan sonra gələn nəslin nümayəndələrinə deyilir. Peyğəmbəri görüb, ona iman gətirənlərə isə səhabə deyilir. Buradan da aydın olur ki, səhabə peyğəmbəri görənə, tabiin isə səhabəni görənlərə deyilir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "İnsanların ən xeyirlisi mənim müasirlərimdir. Sonra onlardan sonra gələnlər, sonra da onlardan sonra gələnlər". (Səhih Buxari, Səhih Muslim).
"Əshabə" sözü isə "səhabə" sözünün cəm formasıdır. Həmçinin oxuyun: Səhabələr kimlərdir?
Teqlər: 
Paylaş: