Namaz qılmağıma baxmayaraq bəzən söyüş söyürəm...

    26.03.2015
Kimdən: 
Faiq
Sual: 
Salam aleykum,qardaş sizə belə bir sualım var: Mən dinə gəlməzdən əvvəl söyüş söyərdim.Amma indi dinlə məşğul oluram,namaz da qılıram.Buna baxmayaraq indi də bəzən söyüş söydüyüm olur.Ancaq söyüş söyərkən qəlbən demirəm,sadəcə bir vaxtlar söydüyüm üçün dilimdə ilişib qalıb.Sadəcə dildə ifadə edirəm.Mən bu vəziyyətdə də günah qazanıram?
Cavab: 

Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Müsəlmanı söymək günah, onunla vuruşmaq isə küfrdür". (əl-Buxari, 64; Muslim, 48; ət-Tirmizi, 2635; ən-Nəsai, 4120). Söyüş söyməyi tərgitməyə çalışmalısınız. Bunun üçün Uca Allahı çox zikr edin. Söyüş söymək fikri gəldikdə "Əuzu billəhi minə-ş-şeytani-r-racim - Lənətlənmiş şeytandan Allaha sığınıram" deyin, bilmədən ağzınızdan söyüş çıxdıqda isə "Əstəğfirullahə va ətubu ileyh - Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm" deyin. Uca Allah buyurur: "O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər". (Ali İmran, 135). Həmçinin oxuyun:
Dili və övrət yerini zinadan qorumağın vacibliyi haqqında
Söyüş söymək barəsində hədislər 
Müsəlmanı söymək barəsində hədislər yaza bilərsinizmi?

Paylaş: