Dünyasını dəyimiş körpənin ruhunun şad olması üçün nə etmək lazımdır?

    27.03.2015
Sual: 
Salam. Men bir ay deyil ki, 1 yaş 20 günlk uşağını itirmiş atayam. Cavablarınızı oxumuşam və əlavə olaraq bu barədə bir neçe suala da cavab tapmaq istərdim. Uşaq üçün saglığında nese etmək qismət olmadı, amma indi onun ruhunun daima şad olması üçün neyi etmək Uca Allaha da xoş geder. Sualı yazarkən həyacanlı oldugumu və səhvim olarsa nəzərə almğınızı və mümkün qədər ətaflı cavab yazmağınızı sizdən xahiş edirəm. Əvvəcədən təşəkkür edirəm. Allaha əmanət olun.
Cavab: 

Aleykum salam. Uca Allaha dua edirik ki, sizə onun əvəzində gözəl, saleh övladlar versin. Bunun üçün xüsusi bir əməl yoxdur. Sadəcə olaraq əgər əqiq qurbanını kəsməmisinizsə, imkan daxilində əqiq qurbanını kəsmək daha yaxşı olardı. Allahın vacib buyurduğu əməlləri (namaz, oruc və s.) yerinə yetirməklə və haramlardan çəkinməklə Cənnəti qazanmağa çalışın və Allaha dua edin ki, Cənnətdə həmin körpə ilə birlikdə olmağı sizə nəsib etsin. Həmçinin oxuyun:
Ölmüş körpə üçün ağlamaq
Malik ibn Dinarın yuxusu

Teqlər: 
Paylaş: