Ərimin siqareti tərk etməsi üçün yalan danışa bilərəmmi?

    04.04.2015
Sual: 
Salam Aleykum.Xahiw edirem men YaZan butun suallari Cavablandirin coox xahiw.Suallarimin bezilerine cavab gelmir.InDi yazasi sualim odur ki men erime yalan daniwmiwam siqareti tergitsin deye ..Bu gunahdirmi???tez yazinda cavab.Allah razi olsun
Cavab: 

Aleykum salam. Yalan danışmaq böyük günahdır, yalnız bu üç haldan başqa: Küsülüləri barışdırmaq üçün yalan danışmaq, müharibədə düşmənə yalan danışmaq və kişinin öz xanımını tərifləməsi. Sizin məqsədiniz xeyirli olsa da, bu halda yalan danışmaq icazəli deyil. Siqaret çəkmək günahdır, bunu tez-tez ərinizə xatırladın və çəkindirməyə çalışın. Bu barədə internetdə ətraflı dərslər də var. Həmçinin oxuyun: Siqaret çəkmək olarmı?

Teqlər: 
Paylaş: