Hüceyrədəki möcüzə

    09.01.2014

Heyvanların və bitkilərin əksəriyyəti çoxlu sayda kiçik hissəciklərdən ibarətdir. Biz bu hissəcikləri hüceyrə adlandırırıq. Bizim və başqa canlıların orqanizmlərin hüceyrələri daima bölünür. Bu bölünmə prosesi orqanizmə hüceyrələrin inkişaf etməsinə və bərpa olunmasına xidmət edir. Hüceyrənin quruluşunun əsasını protoplazma adlanan maddə təşkil edir. Hər bir hüceyrənin daxilində müəyyən funksiyaları yerinə yetirən kiçik hissəciklər vardır. Onların arasında irsi məlumat daşıyan, xromosom adlanan kiçik elementlər vardır. Hər bir heyvan və bitki növünün hüceyrələrindəki xromosomların sayı fərqlidir. İnsan orqanizmindəki hər bir hüceyrənin tərkibində 46 xromosom vardır. Bizim orqanizmdə hüceyrə bölündükdə əmələ gələn hər yeni hüceyrənin tərkibində eyni sayda, yəni qırx altı xromosom olur. Əgər xromosomların sayı dəyişsəydi, onda insan insan olmazdı. Cinsi hüceyrələr adlanan iki növ hüceyrədən başqa insan orqanizmində bölünmə nəticəsində əmələ gələn bütün hüceyrələr mütləq olaraq 46 xromosom təşkil edır. Bu, kişilərdə spermatozoidlər, qadınlarda isə yumurta hüceyrələridir. Cinsi hüceyrələr də bölünmə prosesi nəticəsində əmələ gəlir, lakin onlar 46 xromosom deyil, bunun yarısısını təşkil edir. Yəni, hər bir kişi və qadın cinsi hüceyrəsi 23 xromosomdan ibarətdir. Mayalanmış yumurta hüceyrəsi adlanan rüşeymin ilk hüceyrəsinin yaranması üçün kişi cinsi hüceyrəsi ilə qadın cinsi hüceyrəsi birləşməlidir. Kişi hüceyrəsinin iyirmi üç xromosomu qadın hüceyrəsinin xromosomları ilə birləşərək yeni hüceyrədəki xromosomların sayını normaya, yəni qırx altıya çatdırır. 46 xromosomdan ibarət olan mayalanmış yumurta hüceyrəsi daima bölünərək iki, sonra dörd, sonra səkkiz hüceyrə əmələ gətirir. Bu proses dölün ana bətnindən çıxdığı vaxta qədər davam edir. Sonra hüceyrələrin bölünməsi insanın tam inkişaf etməsinə qədər davam edir və onun orqanizmin hər bir hüceyrəsi 46 xromosom təşkil edir. İnsan orqanizmində сinsi hüceyrələrin yaranması üçün sonradan birləşsinlər deyə xromosomların sayının ikiqat azalması kor-təbii və təsadüfi proses nəticəsində yarana bilməz. Məgər bütün bunlar hər şeyi yerli-yerində yaradan müdrik Xaliqin varlığını qəbul etmək üçün kifayət deyilmi?

Paylaş: