Ziyarətgahdan ağac kəsənin niyə başına müsibət gəlir?

    28.03.2015
Kimdən: 
gunay
Sual: 
Salam aleykum.bele bir sual verim.neye gore ziyarrtgahda olan agaci goturdukde kesdikde insanin bawina pis iwler gelir?bu weytanin iwi ola bilermi?ziyaretgahi dagitmaq olarmi?insanin bawina pis weyler gelmeyinden qorxur.bir meslehet verin xahiw edirem.cox vacibdi
Cavab: 

Aleykum salam. Başımıza gələn müsibətlər ziyarətgaha görə yox, Allahın qədəri ilə bağlıdır. Bunun ziyarətgahdan olmasına iman gətirmək insanı dindən çıxara bilər. Müsibətin ziyarətgaha nəsə etdiyiniz vaxtla üst-üstə düşməsi isə Allahın sınağı ola bilər, bilinsin ki, Allaha yoxsa ziyarətgaha iman gətirirsiniz. Daha ətraflı:
Ziyarətgaha gedib şəfa tapan insanlar var, bu barədə nə deyə bilərsiniz?
Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?

Teqlər: 
Paylaş: