Bir neçə adamın qarışmış heyvanlarının hökmü

    12.03.2015

Zəkat verəcək iki və ya daha çox insan öz mallarını qarışdırıblarsa, birinin malını digərinin malından ayırd etmək olmursa, onlar (ümumi maldan) bir zəkat verirlər.
Ənəs (A.R.O.) deyir ki, Əbu Bəkr (A.R.O.) ona məktub yazıb Allahın Peyğəmbərinə əmr etdiyi zəkatı bildirir.  Məktubda deyilirdi: «Zəkatdan yayınma hallarının qarşısını almaq üçün, ayrı-ayrı saxlanılan heyvanları qarışdırmayın[1], bir yerdə olan heyvanları da ayırmayın[2]. Qarışıq mal sahibləri isə bunu öz aralarında bərabər bölürlər[3]».

 
[1] Məsələn, şərti olaraq deyək ki, iki nəfər insanın birinin 125 baş qoyunu, digərinin isə 42 baş qoyunu var. Bunların zəkatını ayrı-ayrılıqda hesabladıqda birinci adam iki baş qoyun, ikinci adam isə bir baş qoyun zəkat verməlidir. Cəmi say isə üç edir. Amma onlar zəkat hesablanan zaman heyvanlarını qatıb ümumi saydan zəkat versələr o zaman (125+42=167) bu sayda heyvana görə yalnız iki baş qoyun zəkat düşəcəkdir. Nəticədə mal sahibləri bir qoyun əksik verəcəklər. Bu halların qarşısının alınması üçün Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ayrı saxlanılan heyvanların qarışdırılmasını, qarışıq saxlanılan heyvanların ayrılmasını da qadağan etmişdir. Bu haqda daha geniş məlumat əldə etmək istəyənlər bu hədis rəvayətçilərinin kitablarının şərhinə baxa bilərlər. (tərc.)
[2] Məsələn, iki nəfər insanın birlikdə 70 baş heyvanı var. Belə halda onlara bir baş qoyun zəkat düşür. Amma onlar öz mallarını ayırdıqda (70÷2= 35) heç birinə zəkat düşməyə bilər. Bu isə təbii ki, qadağan olunan bir əməldir. (tərc.)
[3] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 1385. Buxari: 3/ 317/ № 1454. 3/ 316/ № 1453. Əbu Davud: 4/ 431/ № 1552. Nəsai: 5/ 18. İbn Macə: 1/ 575/ № 1800.