Zəkatın paylanması

    12.03.2015

Uca Allah buyurur: «Zəkatlar Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçınin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir! »[1]
İbn Kəsir bu ayənin təfsirində (2/ 364) deyir:
Uca Allah, zəkat bölgüsünə görə Peyğəmbərə (S.A.V.) etiraz edən və ona tənə edən cahil münafiqlərin dediklərini qeyd etdikdən sonra bəyan edir ki, zəkatın bölünməsini O Özü Peyğəmbərə (S.A.V.) belə əmr etmiş, hökmünü açıqlamışdır. O bu bölgünü heç kəsə həvalə etməmiş, Özü, deyilən qrup insanlar arasında bu bölgünü etmişdir.

 
[1] Tövbə: 60.