Nikah
Hökmü:
Nikah, Peyğəmbərlərin ən çox təkidlə vurğuladıqları bir sünnədir. Uca Allah buyurur: «(Ya Rəsulum!) Biz səndən əvvəl də Peyğəmbərlər göndərdik, onlara zövcələr, övladlar verdik...»[1].
Nikahı üzürsüz yerə tərk etmək məkruhdur. Demək Ənəs ibn Malik deyir ki, bir gün, «üç nəfər Peyğəmbərin (S.A.V.) zövcələrinin evinə gəlib onun ibadəti haqqında soruşdular. Onlara bu haqda xəbər verildi və sanki onlar Peyğəmbərin (S.A.V.) bundan daha az ibadət etdiyini düşürdülər. Lakin onlar işin həqiqətini bildikdə, “biz hara Peyğəmbər hara!? Onun bütün keçmiş və gələcək günahları bağışlanıb!” – deyərək özlərinə sual verdilər.
Onlardan biri dedi: Bundan sonra mən daima gecələri namaz qılacağam.
O biri dedi: Mən il boyu oruc tutacam, bir gündə olsun iftar etməyəcəm.
Digəri isə dedi: Mən isə qadınlardan uzaq durub heç vaxt evlənməyəcəyəm.
Sonra Peyğəmbər (S.A.V.) gəldi və dedi: Belə-belə sözləri deyən siz idiniz!? Allaha and olsun, mən sizin aranızda Allahdan daha çox qorxan, təqvalı olanam. Amma mən həm oruc tutur, həm də iftar edirəm. Həm namaz qılır, həm də yatıram. Qadınlarla da evlənirəm. Kim mənim sünnəmdən imtina edərsə məndən deyildir[2].
Nikah, zina edəcəyindən qorxan kimsəyə vacibdir. Çünki zina və zinaya aparan vasitələr, yollar haramdır. Kim buna düçar olacağından qorxarsa tezliklə bunu özündən uzaqlaşdırmalıdır. Əgər bunu nikahdan başqa bir yolla uzaqlaşdırmaq mümükün deyilsə, o zaman nikah etmək vacibdir[3].
Nikah etmək istəyib, buna imkanı çatmayan şəxs oruc tutsun. Demək İbn Məsud (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) bizə belə dedi: «Ey cavanlar, kim evlənə bilirsə evlənsin. Çünki evlənmək, gözü naməhrəmlərə baxmaqdan, ayıb yerlərini isə zinadan qoruyar. Kim evlənə bilmirsə oruc tutsun. Həqiqətən oruc tutmaq onun çarəsidir»[4].
Evlənmək üçün hansı qadın daha yaxşıdır?
Evlənmək istəyən şəxs qadın seçərkən deyiləcək bu sifətlərə malik qadın seçsin:
1. Dindar olsun. Demək Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Dörd xüsusiyyətə, var-dövlətə, nəsil-nəcabətə, gözəlliyə və dinə - görə qadınla nikah bağlanar. Din xüsusiyyətinə üstünlük versən əlin xeyirə çatar»[5].
2. Bakirə olsun. Əgər dul qadınla evlənmək daha məsləhət olarsa bunu edə bilər. Demək Cabir ibn Abdullah (A.R.O.) deyir:
«Mən Peyğəmbərin (S.A.V.) vaxtında bir qadınla evləndim. Bir dəfə onunla qarşılaşanda o mənə dedi: Ey Cabir, evlənmisən?
Mən: Bəli.
O: Bakirə, yoxsa dul qadınla?
Mən: Dul qadınla.
O: Səninlə əylənsin deyə bakirə qadınla evlənərdin də?
Mən: Ey Allahın elçisi, mənim bacılarım var. Mən qorxdum ki, bakirə qadınla evlənsəm o məni bacılarımdan yayındırar.
O: «Qoy sən istəyən olsun. Həqiqətən qadınla dininə, var-dövlətinə və gözəlliyinə görə nikah bağlanır. Sən din xüsusiyyətinə üstünlük ver, əlin xeyirə çatar»[6].
3. Qısır olmasın. Demək, Ənəs (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Həyat yoldaşını sevən və qısır olmayan qadınlarla evlənin. Mən sizin çoxluğunuzla başqa ümmətlər qarşısında öyünəcəyəm»[7].
Evlənmək üçün hansı kişi daha yaxşıdır?
Əgər kişi yuxarıda dediyimiz qadınları seçməlidirsə, qadının qəyyumu da onun üçün əməlisaleh bir kişi seçməyə çalışmalıdır. Demək Əbu Hatim əl-Muzəni (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Dinindən və əxlaqından razı qaldığınız kimsə sizə evlənmək üçün müraciət edərsə onunla nikah bağlayın. Əgər siz bunu etməsəniz yer üzündə böyük fitnə-fəsad olar»[8].
Kimsə, əməlisaleh insana öz qızı və ya bacısı ilə evlənməyi təklif edə bilər. Demək İbn Ömər (A.R.O.) deyir ki, «Ömərin qızı Həfsa əri Xuneys ibn Huzafə əs-Səhmidən dul qalmışdı. O, Peyğəmbərin (S.A.V.) səhabələrindən idi və Mədinədə vəfat etmişdi. Ömər ibn əl-Xəttab deyir ki, mən Osman ibn Əffanın yanına gəldim və ona Həfsa ilə evlənməyi təklif etdim. O isə, mən bu haqda fikirləşərəm – dedi. Mən bir neçə gün gözlədim, sonra o məni görüb dedi: Mən bu gün evlənməyi düşünmürəm. Ömər deyir: Mən Əbu Bəkr əs-Siddiqlə qarşılaşdım və dedim: İstəyirsənsə qızım Həfsanı sənə verərəm. Əbu Bəkr isə susdu və heç bir cavab vermədi. Mən buna görə Osmandan çox, ona hirslənirdim. Mən bir neçə gün gözlədim və sonra Peyğəmbər (S.A.V.) Həfsa ilə nişanlandı və mən də onların nikahını bağladım. Sonra Əbu Bəkr mənimlə qarşılaşdı və dedi: Hər halda sən mənə Həfsa ilə evlənməyi təklif etdikdə və mən sənə heç bir cavab vermədikdə mənə çox hirslənmisən? Ömər deyir ki, mən: Bəli – deyərək cavab verdim. Əbu Bəkr dedi: Mənim sənə bir cavab deməyimə mane olan amil, Peyğəmbərin (S.A.V.) Həfsa ilə evlənmək istəyi olduğunu bilməyim idi. Amma mən Peyğəmbərin sirrini açan deyildim. Əgər Peyğəmbər (S.A.V.) onunla evlənməsəydi o zaman mən evlənərdim»[9].
Evlənəcəyi qadına baxmaq
Müəyyən bir qadınla evlənmək qərarına gələn insan onunla nişan etmədən öncə ona baxa bilər. Demək Məhəmməd ibn Məsləmə deyir ki, mən bir qadınla evlənmək istəyirdim. Mən ona baxmaq üçün onu güdürdüm. Nəhayət onu xurma ağacının yanında gördüm. Bu hərəkətimə görə mənə irad tutaraq dedilər: Sən özün Peyğəmbərin (S.A.V.) səhabəsi olduğun halda belə iş tutursan? Mən isə dedim ki, mən Peyğəmbərin (S.A.V.) belə dediyini eşitmişəm: «Əgər Allah bir kişinin qəlbinə hansısa qadınla nişanlanmaq niyyəti salarsa, kişinin ona baxması eyb etməz»[10].
Muğirə ibn Şöbə (A.R.O.) deyir ki, mən Peyğəmbərin (S.A.V.) yanına gəldim və ona bir qadınla evlənmək istədiyimi çatdırdım. O isə dedi: Get ona bax. Çünki bu sizin bir-birinizə daha çox bağlanmanız üçün əlverişlidir[11].
Nişan
Nişan, el arasında məlum yolla qadına edilən evlilik təklifidir. Əldə olunan razılıq sadəcə olaraq evlilik vəd etmək anlamına gəlir. Bu razılıqla nişanlı qız, nişanlı oğlana heç bir vəchlə halal sayılmır, nikah bağlanana qədər oğlan qız üçün yad (naməhrəm) sayılır.
Bir qardaşın nişanı üzərinə nişan aparmaq müsəlmana halal deyildir. Demək İbn Ömər (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) bir kimsənin digərinin alış-verişinə qarışmasını, bir kimsənin digərinin nişanı üzərinə nişan etməsini qadağan etmişdir. Yalnız birinci nişanlı kişi imtina etdikdə və ya ona icazə verdikdə bunu edə bilər»[12].
Rici talaq[13] edilib (boşanılıb) müddət (iddə) gözləyən qadını nişanlamaq da haramdır. Çünki o hələ kiminsə arvadı sayılır. Həmçinin birdəfəlik boşanıb və ya yoldaşı ölüb, müddət gözləyən qadını bu vaxt ərzində nişan etmək də haramdır. Amma dolayı yolla eşitdirmək isə günah deyil. Uca Allah buyurur: «(Bu müddəti gözləyən) qadınlara elçi göndərmək (onlarla evlənmək) istədiyinizi (rəmz və) işarə ilə bildirməkdən və ya belə bir istəyi ürəyinizdə gizlətməkdən sizə heç bir günah gəlməz...»[14].
Nikah bağlamaq
Nikahın iki ərkanı var, (qızı) vermək və qəbul etmək. Bunun doğru olması üçün aşağıdakı şərtlər olmaldır:
1. Himayədarın (vəlinin) icazəsi: Aişə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Himayədar tərəfindən nikahı bağlanmayan qadının nikahı batildir, nikahı batildir, nikahı batildir. Əgər belə nikahla qadına yaxınlıq edərsə verilən mehr qadına qalır. Əgər himayədarlar (qızı ərə verməkdən imtina edərək) mübahisə edərlərsə (himayədar yox sayılır). Himayədarı olmayana isə rəhbər himayədarlıq edər»[15].
2. Şahidlərin mövcudluğu: Aişə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Himayədar (vəli) və iki ədalətli şahid olmadan bağlanan nikah düzgün deyil»[16].
Qadını ərə vermədən öncə bu haqda ondan icazə almaq vacibdir:
Himayədarsız nikah bağlanmadığı bir şərtdirsə, himayədarın ərə verdiyi qadından bu haqda icazə alması da vacibdir. Əgər qadın razı deyilsə himayədarın onu məcbur etməsi qadağandır. Əgər o, qadını məcburi olaraq ərə verərsə qadının həmin nikahı ləğv etməyə hüququ vardır.
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Dul qadının əmri, bakirə qadının isə icazəsi olmadan onlar üçün nikah bağlanmaz. Orada olanlar dedilər: Ey Allahın elçisi, bakirə qadının icazəsi necə olur? Peyğəmbər (S.A.V.) dedi: Onun susması icazəsi deməkdir»[17].
Xənsa bint Xəddam əl-Ənsariyyə (A.R.O.) deyir ki, «o, dul qadın ikən atası onu məcburi ərə vermişdi. O isə Peyğəmbərin (S.A.V.) yanına gəlmiş və o da onun nikahını ləğv etmişdi»[18].
İbn Abbas (A.R.O.) deyir ki, «bir nəfər bakirə qız Peyğəmbərin (S.A.V.) yanına gəlib, atasının onu məcburi ərə verməsi haqda şikayətləndi və Peyğəmbər (S.A.V.) qadına seçim etməyi təklif etdi»[19].
Nikah zamanı oxunan xütbə
Nikah bağlamadan öncə xütbə oxumaq müstəhəbdir. Bu, “Xütbətul Hacə” adlanır və mətni belədir:
إِنَّ الْحَمْدَ لِلَّهِ نَحْمَدُهُ وَنَسْتَعِينُهُ وَنَسْتَغْفِرُهُ وَنَعُوذُ بِاللَّهِ مِنْ شُرُورِ أَنْفُسِنَا وَمِنْ سَيِّئَاتِ أَعْمَالِنَا مَنْ يَهْدِهِ اللَّهُ فَلاَ مُضِلَّ لَهُ وَمَنْ يُضْلِلْ فَلاَ هَادِىَ لَهُ وَأَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ
â $pkr'¯»t â¨$¨Z9$# (#qà)®?$# ãNä3/u Ï%©!$# /ä3s)n=s{ `ÏiB <§øÿ¯R ;oyÏnºur t,n=yzur $pk÷]ÏB $ygy_÷ry £]t/ur $uKåk÷]ÏB Zw%y`Í #ZÏWx. [ä!$|¡ÎSur 4 (#qà)¨?$#ur ©!$# Ï%©!$# tbqä9uä!$|¡s? ¾ÏmÎ/ tP%tnöF{$#ur 4 ¨bÎ) ©!$# tb%x. öNä3øn=tæ $Y6Ï%u ÇÊÈ á â $pkr'¯»t tûïÏ%©!$# (#qãYtB#uä (#qà)®?$# ©!$# ¨,ym ¾ÏmÏ?$s)è? wur ¨ûèòqèÿsC wÎ) NçFRr&ur tbqßJÎ=ó¡B á â $pkr'¯»t tûïÏ%©!$# (#qãZtB#uä (#qà)®?$# ©!$# (#qä9qè%ur Zwöqs% #YÏy ÇÐÉÈ ôxÎ=óÁã öNä3s9 ö/ä3n=»yJôãr& öÏÿøótur öNä3s9 öNä3t/qçRè 3 `tBur ÆìÏÜã ©!$# ¼ã&s!qßuur ôs)sù y$sù #·öqsù $¸JÏàtã ÇÐÊÈ á
أما بعد فإِنَّ أَصْدَقَ الْحَدِيثِ كِتَابُ اللَّهِ، وَخَيْرَ الْهَدْيِ هَدْيُ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، وَشَرَّ الأُمُورِ مُحْدَثَاتُهَا, وَكُلَّ مُحْدَثَةٍ بِدْعَةٌ وَكُلَّ بِدْعَةٍ ضَلالَةٌ، و كُلُّ ضَلَالَةٍ فِي النَّار.
Həqiqətən həmd Allaha məxsusdur. Biz Ona həmd edir, Ondan yardım və günahlarımızın bağışlamasını diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq.
Allahın doğru yola yönəltdiyi kimsəni azdıran, azdırdığı kimsəni isə doğru yola yönəldən tapılmaz.
Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. O, təkdir və şəriki yoxdur. Mən şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir.
"Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!"[20]
"Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!"[21]
"Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar."[22]
Həqiqətən ən doğru kəlam Allahın kitabı, ən doğru yol isə Məhəmmədin (S.A.V.) yoludur. Ən şər işlər dinə əlavə olunan yeniliklərdir. Hər bir yenilik isə bidət, hər bidət də zəlalətdir. Zəlalətin sonu isə oddur[23].
Nikaha görə təbrik etmək müstəhəbdir
Əbu Hureyrə (A.R.O.) deyir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) evlənənləri təbrik edərkən bu duanı oxuyardı:
"بَارَكَ اللهُ لَكم وَ بَارَكَ عَلَيْكم وَ جَمَعَ بَيْنَكُمَا فِي خَيْرٍ".
«Allah sizi bərəkətləndirsin, bərəkətə qovuşdursun və hər ikinizi xeyirli işlərdə qoşa etsin»[24].
Mehr
Uca Allah buyurur: «Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!»[25]
Mehr, qadının kişi üzərində olan borcu və onun şəxsi mülküdür. Heç kəsin, istər ata, istərsə də başqasının qadının icazəsi olmadan onun mehrindən götürməyə haqqı yoxdur.
Şəriət mehrin nə azına, nə çoxuna məhdudiyyət qoymamışdır. Bununla belə cavanlar çətinlik qarşısında qalıb evlənməkdən iştina etməsinlər deyə evlənməyi asanlaşdırmaq məqsədi ilə mehrlərin az miqdarda təyin edilməsinə təşviq etmişdir. Uca Allah buyurur: «Əgər bir arvadın yerinə başqa bir arvad almaq itəsəniz, onlardan birinə (birinciyə) çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın!»[26] Ənəs ibn Malik (A.R.O.) deyir ki, «Əbdürrəhman ibn Ovf (A.R.O.) Peyğəmbərin (S.A.V.) yanına gəldi. Onun üzərində ətir izi qalmışdı. Peyğəmbər (S.A.V.) bu haqda ondan soruşdu və o, ənsarlı bir qadınla evləndiyini bildirdi. Peyğəmbər (S.A.V.) dedi: Ona nə qədər mehr vermisən? O dedi: Xurda dənəsi ağırlıqda qızıl vermişəm. Peyğəmbər (S.A.V.) dedi: Elə isə heç olmasa bir qoyun kəs və ziyafət ver»[27].
Səhl ibn Səəd (A.R.O.) deyir ki, mən, Peyğəmbərin (S.A.V.) yanında olan toplumun arasındayım. Bu zaman bir qadın qalxıb dedi: Ey Allahın elçisi, mən özümü sənə hədiyyə edirəm. Bu haqda öz fikrini söylə. Peyğəmbər (S.A.V.) ona cavab vermədi. Qadın yenə, “Ey Allahın elçisi, mən özümü sənə hədiyyə edirəm. Bu haqda öz fikrini söylə” – deyərək səsləndi. Sonra üçüncü dəfə yenə, “Ey Allahın elçisi, mən özümü sənə hədiyyə edirəm. Bu haqda öz fikrini söylə” – deyərək səsləndi.
Bu zaman bir kişi qalxıb: Ey Allahın elçisi, onu mənə ərə ver – deyərək səsləndi.
Peyğəmbər (S.A.V.) dedi: Sənin ona verməyə bir şeyin (mehrin) varmı?
Kişi: xeyr – deyərək cavab verdi.
Peyğəmbər (S.A.V.) dedi: Get axtar, heş olmazsa dəmir üzük də olsa tap.
Kişi getdi və az sonra qayıtdı və dedi: Heç nə tapmadım, hətta dəmir üzük də.
Peyğəmbər (S.A.V.) dedi: Qurandan nəsə bilirsən?
Kişi: mən filan və filan surələri bilirəm – deyərək cavab verdi.
Peyğəmbər (S.A.V.) dedi: Get, bildiyin Quranla onu sənə verdim»[28].
Evlənmədən öncə, yaxud sonra mehri tam vermək olar. Həmçinin bir hissəsini əvvəl, qalanını isə sonra vermək olar. Hətta qadının mehrini verməmiş onunla yaxınlıq edərsə buna da icazə vardır. Əgər kişi qadına verəcəyi mehri təyin etməyibsə o zaman adətən digər qadınlara verilən miqdarda mehr verməlidir. Yox əgər mehri təyin edibsə təyin etdiyi mehri verməlidir. Vəd edilən mehri ödəməkdən boyun qaçırmaq olmaz. Belə ki, Peyğəmbər (S.A.V.) demişdir: «Sizin vəfa göstərməli olduğunuz vəd, qadınları halal etdiyiniz mehrə sadiq çıxmağınızdır»[29].
Əgər ər, nikahdan sonra və qadına yaxınlıq etmədən öncə vəfat edərsə qadının mehri tam verilir. Demək, Alqəmə deyir ki, «Abdullah ibn Məsudun (A.R.O.) yanına gəlib, bir qadınla evlənib arvadı üçün mehr təyin etmədən və yaxınlıq olmadan vəfat edən kişi haqqında soruşdular, məsələnin həllini istədilər. Abdullah dedi: Mən o qadına digər qadınlara verilən miqdarda mehr verilməsini, varis olmasını və müddət (iddə) gözləməsini deyirəm. Sonra Məqəl ibn Sinan əl-Əşcəi (A.R.O.) Peyğəmbərin (S.A.V.) Buru bint Vaşiq barəsində də belə qərar verdiyini təsdiqlədi»[30].
Qadınla nə zamandan yaşamaq yaxşıdır?
Aişə (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) mənimlə şəvval ayında evləndi və elə o ayda da mənimlə yaşadı. Peyğəmbərin (S.A.V.) hansı yoldaşı mənim kimi şanslıdır?![31] Beləliklə Aişə (A.R.O.) özünə yaxın qadınların şəvval ayında evlənməsini müstəhəb görürdü»[32].
Qadının yanına daxil olarkən nə etmək müstəhəbdir?[33]
Bu zaman qadına içki və sairə belə şeylər təqdim etməklə ona qarşı mülayimlik göstərmək lazımdır. Demək, Əsma bint yezid deyir ki, «mən Aişəni (A.R.O.) Peyğəmbər (S.A.V.) üçün bəzətdim və Peyğəmbəri onun yanına çağırdım. O gəlib onun yanında əyləşdi. Peyğəmbər (S.A.V.) üçün piyalədə süd gətirdilər. Birinci özü içdi və sonra Aişəyə (A.R.O.) verdi. Aişə (A.R.O.) isə utandığından başını aşağı saldı. Əsma deyir ki, mən ona hirsləndim və dedim: Südü Peyğəmbərin (S.A.V.) əlindən götür. O da südü götürüb bir az içdi»[34].
Kişi əlini qadının alnına qoyub Allahın adı ilə başlayıb bərəkətli dua edib Peyğəmbərin (S.A.V.) bu hədisdə deyilən sözlərini oxumalıdır: «Biriniz bir qadınla evləndikdə yaxud xidmətçi aldıqda əlinin onun alnına qoysun, bismilləh deyib bərəkətli dua etsin və desin:
اللَّهُمَّ إِنِّى أسْألُكَ خَيرَهَا وَخَيْرَ مَا جَبَلتَهَا عَلَيهِ، وَأعُوذُ بِكَ مِنْ شَرِّهَا وَشَرِّ مَا جَبَلتَهَا عَلَيهِ
«Allahummə inni əsəlukə xeyrahə va xeyra mə cəbəltəhə aleyhi, va əuzu bikə min şərrihə va şərri mə cəbəltəhə aleyhi!»
«Allahım, Səndən bunun və bunun yaradılmasının xeyrini diləyirəm. Bunun şərindən və yaradılmasının şərindən Sənə sığınıram»[35].
Ərlə arvadın birgə iki rükət namaz qılmaları müstəhəbdir. Belə ki, bu adət sələflərdən nəql edilmişdir. Bu haqda iki rəvayət mövcuddur:
Birinci: Əbu Useydin köləsi Əbu Səid deyir ki, «mən kölə ikən evlənmişdim. Peyğəmbərin (S.A.V.) səhabələrindən bir neçəsini də çağırmışdım. Onların arasında İbn Məsud, Əbu Zərr və Huzeyfə də var idi. Sonra namaz üçün iqamə verildi və Əbu Zərr önə çıxmaq istədikdə onlar dedilər: namazı sən qıldır. Mən dedim: Doğrudan? Onlar: bəli – deyərək cavab verdilər. Mən kölə olduğum halda onlara namaz qıldırdım. Sonra onlar mənə təlimat verib dedilər: Ailən sənin yanına daxil olduqda iki rükət namaz qıl. Sonra Allahdan sənin yanına daxil olanın xeyirini istə, şərindən Ona sığın. Sonra sən və ailən istədiyinizi edin»[36].
İkinci: Şəqiq deyir ki, Əbu Hureyz adlı bir kişi gəldi və dedi: Mən gənc bakirə bir qızla evlənmişəm. Amma onun mənə nifrət edəcəyindən qorxuram. Bu zaman Abdullah ibn Məsud dedi: «Mehribançılıq Allahdan, nifrət isə şeytandandır. Bu nifrətlə şeytan Allahın halal etdiyini sizə pis göstərmək istəyir. Qadının sənin yanına gəldikdə ona, sənin arxanda iki rükət namaz qılmasını əmr et». Digər rəvayətdə İbn Məsudun belə dediyi nəql olunur:
اللَّهُمَّ بَرِكْ لِي فِي أهْلِي و بَارِك لَهُمْ فِيَّ. اللَّهُمَّ اجْمَعْ بَيْنَنَا مَا جَمَعْتَ بِخَيْرٍ و فَرِّق بَيْنَنَا إذاَ فَرَّقْتَ إلىَ خَيْرٍ
«Allahummə bərik li fi əhli. Və barik ləhum fiyyə. Allahummə icmə bəynənə mə cəmətə bixeyrin və fərriq bəynənə izə fərrəqtə ilə xeyrin».
«Allahım mənim ailəmə bərəkət ver və onlar üçün mənə bərəkət ver. Allahım, biz xeyir üzərə olduğumuz müddətdə bizi qoşa et. Bizi ayırsan yenə də xeyirlə ayır»[37].
Qadınla cinsi yaxınlıq edərkən bu dua deyilir:
بِسمِ اللهِ، اللَّهمَّ جَنِّبْنَا الشَّيطَانَ وَجَنِّبِ الشَّيطَانَ مَا رَزَقتَنَا
«Bismi-l-ləh, Allahummə cənnibnə-ş-şeytanə va cənnibi-ş-şeytanə mə razəqtənə»
«Allahın adı ilə! Allahım, şeytanı bizdən və bizə verdiyin ruzidən (övladdan) uzaq et».
Daha sonra Peyğəmbər (S.A.V.) deyir: «Əgər bu yaxınlıq zamanı onlara övlad verilərsə şeytan heç vaxt o övlada bir zərər toxundura bilməz»[38].
Həmçinin qadının ön cinsiyyətinə istənilən tərəfdən, öndən və ya arxadan yaxınlıq etmək olar. Belə ki, uca Allah buyurur: «(Ey möminlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. Tarlanıza istədiyiniz tərəfdən gəlin!»[39] Yəni, istər ön, istərsə də arxa tərəfdən ön cinsiyyətə yaxınlıq edin.
Demək, Cabir (A.R.O.) deyir ki, yəhudilər deyirdilər ki, əgər kişi qadının ön cinsiyyətinə arxadan yaxınlıq edərsə uşaq çəpgöz olar. Bu xüsusda Allah bu ayəni nazil etdi: «(Ey möminlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. Tarlanıza istədiyiniz tərəfdən gəlin!»[40]
İbn Abbas (A.R.O.) deyir ki, «bütlərə ibadət edən bu ənsar qəbiləsi kitab əhli olan yəhudilərlə birgə yaşayır, onları özlərindən daha elmli sayırdılar. Elə bu səbəblə də bir çox hallarda onları özlərinə örnək götürürdülər. Kitab əhli öz adələrinə görə qadınlarla yalnız bir tərfdən yaxınlıq edərdilər. Belə halda qadının bədəni daha çox örtülü olur. Həmin ənsar qəbiləsi də bu adəti onlardan götürmüşdülər. Amma qureyş qəbiləsi isə qadınlara hər tərəfdən, ön və arxa, yaxud uzanan halda yaxınlıq edərdilər. Mühacirlər mədinəyə gələndə onlardan biri ənsarlı qadınla evləndi və öz adətlərinə görə qadına yaxınlıq etmək istədikdə qadın buna etiraz edib dedi: Biz ənsarlar yalnız bir tərəfdən yaxınlıq edirik. Ya deyilən kimi et, ya da məndən əl çək. Beləliklə məsələ böyüdü və bu xəbər Peyğəmbərə (S.A.V.) çatdı. Sonra uca Allah bu ayəni nazil etdi: «(Ey möminlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. Tarlanıza istədiyiniz tərəfdən gəlin!» Yəni, ön və arxa tərəfdən, yaxud uzanan halda ön cinsiyyətə yaxınlıq edin»[41].
Arxa cinsiyyət orqanına yaxınlıq etmək isə haramdır. Peyğəmbər (S.A.V.) demişdir: «Kim aybaşı qadına, yaxud qadının arxa cinsiyyət orqanına yaxınlıq edərsə və ya sehrbazın doğru söylədiyini təsdiqləyərsə, artıq Məhəmmədə nazil olana (şəriətə) küfr etmişdir»[42].
Ər və arvadın evlənməkdə məqsədi iffətlərini qorumaq və Allahın haram buyurduqlarından uzaqlaşmaq olmalıdır. Belə halda onların yaxınlıq etmələri də savab sayılır. Demək Əbu Zərr deyir ki, Peyğəmbərin (S.A.V.) bəzi səhabələri ona dedilər: «Ey Allahın elçisi, varlılar bütün savabları qazanıblar. Onlar da bizim kimi namaz qılır, oruc tuturlar. Üstəlik mallarından sədəqə də verirlər. Peyğəmbər (S.A.V.) dedi: Məgər Allah sizə sədəqə etməyə bir şey verməyib? Sizin söylədiyiniz hər bir təsbih (sübhənəllah), təkbir (Allahu əkbər), təhlil (lə iləhə illəllah), təhmid (əlhəmdulilləh) kəlməsi sədəqədir, yaxşı işləri əmr edib, pis əməllərdən çəkindirmək sədəqədir. Qadınınıza yaxınlıq etməyiniz sədəqədir. Orada olanlar dedilər: Ey Allahın elçisi, şəhvətimizə görə savab da qazanırıq?! O dedi: Öz şəhvətini haram yolla söndürən günah qazanmırmı? Eləcə də halal yolla şəhvətini söndürən savab qazanır»[43].
Ziyafət vermək vacibdir:
Qadınla yaxınlıq etdikdən sonra ziyafət vermək vacibdir. Yuxarıda da qeyd etmişdik ki, Peyğəmbər (S.A.V.) Əbdürrəhman ibn Ovfə ziyafət verməyi əmr etmişdi.
Həmçinin Bureydə ibn əl-Huseyyib deyir: Əli Fatimə (Allah onlardan razı olsun) ilə nişanlandıqda Peyğəmbər (S.A.V.) demişdi: «Bəy mütləq bir ziyafət verməlidir»[44].
Ziyafət verərkən aşağıdakılara diqqət etmək lazımdır:
Birinci: Ziyafət, qadınla yaxınlıq etdikdən sonra üç gün davam etməlidir. Çünki Peyğəmbərin (S.A.V.) də belə etdiyi rəvayət olunmuşdur. Ənəs (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) Səfiyyə ilə evləndi və mehr olaraq onu köləlikdən azad etdi. Sonra üç gün ziyafət verdi»[45].
İkinci: Varlı və ya kasıb olmasından asılı olmayaraq əməlisaleh insanları dəvət etmək lazımdır. Demək Peyğəmbər (S.A.V.) demişdir: «Yalnız möminlə dostluq et və yeməyini də yalnız təqva sahibi yesin»[46].
Üçüncü: Ziyafət ən azı bir qoyunla, imkan varsa daha artıq olmalıdır. Demək Peyğəmbər (S.A.V.) Əbdürrəhman ibn Ovfə demişdi: « Elə isə heç olmasa bir qoyun kəs və ziyafət ver»[47].
Ənəs (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) digər arvadları ilə evləndiyindən fərqli olaraq, Zeynəblə evlənərkən bir qoyun kəsib ziyafət verdi»[48].
Toy ziyafətində istənilən yeməyi, nəyə imkan varsa onu təqdim etmək olar. Yeməkdə ət olmasa da olar. Demək Ənəs (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) üç gün Xeybər ilə Mədinə arasında qalıb Safiyyə bint Huyey ilə evlənirdi. Mən müsəlmanları onun toy ziyafətinə çağırdım. Məclisdə nə ət nə də çörək var idi. Bir qab gətirib içərisinə xurma, kəsmik və yağ tökülüb yemək hazırlanmasını əmr etdi. Onun ziyafəti belə oldu»[49].
Toya kasıbları deyil, yalnız varlıları çağırmaq olmaz. Demək Peyğəmbər (S.A.V.) demişdir: «Ən şər yemək, toy yeməyidir. Oraya gəlmək istəyənlər ondan məhrum olunur, oraya gəlmək istəməyənlər isə dəvət olunurlar. Kim dəvəti qəbul etməzsə Allaha və rəsuluna asilik edər»[50].
Ötən hədisə əsasən toy ziyafətinə dəvət alan kimsənin oraya getməsi vacibdir. Aşağıdakı bu hədis də deyilənləri bir daha təsdiq edir:
«Biriniz toy ziyafətinə çağırıldıqda dəvəti qəbul etsin»[51].
Hətta oruc olsa belə yenə dəvəti qəbul etsin. Demək Peyğəmbər (S.A.V.) demişdir: «Biriniz yemək süfrəsinə dəvət olunsa dəvəti qəbul etsin. Oruc deyilsə yesin. Əgər orucdursa onda dua etsin»[52].
Əgər tutduğu oruc nafilə orucudursa onda orucunu aça bilər. Ələlxüsus dəvət sahibi israr edərsə orucunu aça bilər. Demək Peyğəmbər (S.A.V.) demişdir: «Biriniz yemək süfrəsinə dəvət olunsa dəvəti qəbul etsin. İstəsə yesin, istəməsə tərk etsin»[53].
Dəvəti qəbul edib ziyafətə gələn kimsənin bu iki şeyi etməsi müstəhəbdir:
Birinci: Ziyafətdən sonra məclis sahibi üçün Peyğəmbərdən (S.A.V.) rəvayət olunan duanı oxumaq. Bu haqda bir neçə dua rəvayət olunur:
اللَّهُمَّ اغْفِرْ لَهُمْ وَارْحَمْهُم و بَارِكْ لَهُمْ فِيمَا رَزَقْتَهُم
- «Allahummə-ğfir ləhum varhamhum, və bərik ləhum fimə razəqtəhum»
«Allahım, onları bağışla və onlara rəhm et, onlara verdiyin ruzini bərəkətli et»[54].
اللَّهُمَّ أطْعِم مَنْ أطْعَمَنِي واسْقِ مَنْ سَقَانِي
1. «Allahummə ətim mən ətaməni va-sqi mən səqani»
«Allahım, mənə yemək verənə yemək ver, su verənə su ver»[55].
أكَلَ طَعَامَكُم الأبْرَارُ وَصَلَّتْ عَلَيكُم المَلاَئِكَةُ وأفْطَرَ عِنْدَكُمُ الصَّائِمُونَ
2. «Əkələ taəmukumu-l-əbrar va sallət aleykumu-l-mələikətu və əftara indəkumu-s-saimun».
«Yeməyinizi Allah adamları yedilər, mələklər sizə xeyir-dua verdilər, sizin yanınızda oruc tutanlar iftarlarını açdılar»[56].
İkinci: Bəy və onun yoldaşı üçün dua edib xeyir-bərəkət istəmək. Bu zaman deyilən duanı, nikaha görə təbrik etmək haqqında danışmışarkən qeyd etmişdik.
Asiliklə bəzədilmiş məclislərə getmək olmaz. Yalnız bu kimi şeylərin qarşısını almaq məqsədi ilə oraya gedə bilər. Əgər bunu edə bilsə otursun. Əks halda geri qayıtması vacibdir. Bu haqda bir neçə hədis rəvayət olunur:
Əli deyir ki, «bir gün yemək bişitdirib Peyğəmbəri (S.A.V.) qonaq çağırdım. O evə gəlib evdə şəkil olduğunu görüb geri qayıtdı. Mən dedim: Ey Allahın elçisi, atam anam sənə fəda olsun, nə üçün qayıdırsan? O dedi: Evdə şəkilli pərdə var. Həqiqətən mələklər şəkil olan evə daxil olmurlar»[57].
Bu, sələfi salehin (Allah onlardan razı olsun) vərdiş etdikləri adətlərdəndir.
Demək rəvayətdə deyilir ki, bir nəfər kişi Əbu Məsud Uqbə ibn Amr üçün yemək hazırlayıb evinə dəvət etdikdə, Əbu Məsud ondan soruşdu: Evdə şəkil varmı? Kişi dedi: Bəli. Nəhayət Əbu Məsud həmin şəkilləri ləğv etməyincə evə daxil olmadı[58].
Buxari deyir[59]: «İbn Ömər Əbu Əyyubu evinə dəvət edir. O, evin divarında (şəkilli) pərdə asıldığını gördü. İbn Ömər dedi: Qadınlar bizə bu pərdənin asılmasında qalib gəliblər. Əbu Əyyub: Mən bunu hər kəsdən gözlərdim, amma səndən yox. Allaha and olsun sizin yeməyinizi yemərəm – deyib geri qayıtdı».
Qadınlar nikah bağlanması xəbərini hamıya eşitdirmək üçün dəf çala, icazə verilən mahnılardan oxuya bilərlər. Belə ki, bu mahnılarda qadının gözəlliyindən və ya digər günahlardan bəhs edilməməlidir. Bu haqda bir neçə hədis rəvayət olunur:
Demək Peyğəmbər (S.A.V.) demişdir: «Nikahı hamıya xəbər verin»[60].
Həmçinin demişdir: «Halal ilə haram arasında olan şeylər vardır. Dəf çalmaq və nikahda səs yüksəltmək (icazə verilən mahnıları oxumaq)»[61].
Xalid ibn Zəkvan, Rubeyyi bint Muavviz ibn Əfranın belə dediyini rəvayət edir: «Peyğəmbər (S.A.V.) mənimlə evlənərkən yanıma daxil oldu və hazırda sənin oturduğun kimi mənim yanımda oturdu. Orada isə bizim kölələrimiz dəf çalıb, Bədr günü ölən atalarımızı xatırlayırdılar. Bu zaman onlardan biri: bizim aramızda sabah nə olacağı bilən Peyğəmbər vardır – dedi. Peyğəmbər isə ona: bu sözləri qoy kənara, əvvəl oxuduqlarından oxu»[62].
Sünnəyə görə, (bir neçə arvadı olan kişi) bakirə qadınla evlənərkən onun yanında yeddi gün ardıcıl qalmalı, sonra günləri bölməlidir. Dul qadınla evləndikdə isə onun yanında üç gün qalmalı, sonra günləri bölməlidir. Əbu Qilabə bu bölgünü Ənəsdən belə rəvayət etmişdir. Əbu Qilabə rəvayətin doğruluğuna arxayın olduğu üçün deyərdi ki, əgər istəsən Ənəsin bunu Peyğəmbərdən (S.A.V.) birbaşa rəvayət etdiyini də deyə bilərəm[63].
Kişi qadınla xoş davranmalı və Allahın halal etdiyi şeyləri onun üçün müyəssər etməlidir. Ələlxüsus qadın azyaşlıdırsa bunu etmək lazımdır. Bu haqda bir neçə hədis rəvayət olunur:
Peyğəmbər (S.A.V.) demişdir: «Sizin ən xeyirliniz, ailəsi üçün xeyirli olanınızdır. Mən sizin aranızda ailəsi üçün ən xeyirlinizəm»[64].
«Möminlərin arasında ən kamil iman sahibi gözəl əxlaqa sahib olanıdır. Sizin ən xeyirliniz ailəsi üçün xeyirli olanınızdır»[65].
«Mömin kişi mömin qadına nifrət etməsin. Onun bir əxlaqi xüsusiyyətini xoşlamasa, digərini xoşlar»[66].
Həmçinin vida həccinin xütbəsində demişdir: «Qadınlarla xoş davranın. Onlar sizin məsuliyyətinizdədirlər. Sizin onlara qarşı xoş davranmaqdan başqa haqqınız yoxdur. Yalnız əgər açıq-aşkar pis-fahiş iş görsələr o zaman onları yataqdan ayırın, elə də güclü olmayan şəkildə vurun. Əgər onlar sizə itaət etsələr bundan artığını edib zülm etməyin. Həqiqətən sizin qadınlar üzərində, qadınların da sizn üzərinizdə haqqı vardır. Sizin qadınlar üzərində haqqınız, onların sizin evinizə xoşlamadığınız kimsələri buraxmamaqdır. Qadınların sizin üzərinizdə olan haqqları isə, geyim və qida ehtiyaclarını ödəməklə onlara xoş münasibət bəsləməkdir»[67].
Kişinin bir neçə arvadı varsa, o, qida, geyim, ev, gecələmə və digər maddi münasibətlərdə arvadlarına qarşı ədalətli davranmalıdır və bu, vacibdir. Əgər o bu münasibətlərdə bir tərəfə daha çox meyl edərsə Peyğəmbərin (S.A.V.) bu sözündə deyilən əzab ona da aid olar:
«Kimin iki arvadı olar və birini digərindən üstün tutarsa qiyamət günü gələrkən cəsədinin bir tərəfi şil olar»[68].
Amma qəlbi meylliliyə görə kişi günah daşımır. Çünki qəlbə hakim olmaq onun əlində deyil. Ona görə bir ayədə uca Allah buyurur: «Siz nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız. Barı, (birisinə) tamamilə meyl göstərib, digərini asılı vəziyyətdə (nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış) qoymayın...»[69].
Peyğəmbər (S.A.V.) maddi məsələlərdə qadınları ilə ədalətli davranar, aralarında fərq qoymazdı. Amma bununla belə Aişəni (A.R.O.) digərlərindən daha çox sevirdi.
Amr ibn əl-As deyir ki, «Peyğəmbər (S.A.V.) məni Zətu-s-Səlasil» qoşununa başçı təyin etdi. Mən onun yanına gəlib soruşdum: Sən kimi daha çox sevirsən? O dedi: Aişəni. Mən dedim: Bəs kişilərdən? O dedi: Atasını (Əbu Bəkri). Mən dedim: Sonra kimi? O dedi: Sonra Öməri... və bir neçə nəfərin adını sadaladı[70].
Neçə qadınla nikah bağlamaq olar?
Dörddən artıq arvad almaq halal deyildir. Uca Allah buyurur: «...o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın!..»[71].
Demək, Ğeylan ibn Sələmə İslamı qəbul edərkən on arvadı var idi. Peyğəmbər (S.A.V.) ona, dördünü saxlayıb digərlərini boşamağı əmr etdi.[72]
Həmçinin Qeys ibn Haris deyir ki, mən İslamı qəbul edərkən səkkiz arvadım var idi. Peyğəmbərin (S.A.V.) yanına gəlib bu haqda ona dedim. O isə belə cavab verdi: «Onlardan dördünü seç»[73].
Məhrəm qadınlar
«Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Əlbəttə, bu çox çirkin, iyrənc işdir və (Allahın qəzəbinə səbəb olan) pis bir yoldur! Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qizları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi). Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi»[74].
Uca Allah bu ayələrdə evlənməsi haram olan (məhrəm) qadınları qeyd etmişdir. Biz bu ayələrə diqqətlə fikir versək görərik ki, burada haramlıq iki qismdir:
1. Əbədi haramlıq: Bu o deməkdir ki, qadın heç vaxt həmin kişiyə ərə gedə bilməz.
2. Müvəqqəti haramlıq: Bu isə o deməkdir ki, qadın hazırda mövcud olan müəyyən səbəblərə görə həmin kişiyə ərə gedə bilməz. Əgər mövcud səbəblər olmazsa onların evlənmələri halaldır.
Əbədi haramlığın səbəbləri bunlardır: Nəsəb, kürəkənlik və süd əlaqəsi.
Birinci; Nəsəb səbəbi ilə evlənməsi haram olanlar:
Analar, qızlar, bacılar, bibilər, xalalar, qardaş və bacı qızları.
İkinci; Kürəkənlik səbəbi ilə evlənməsi haram olanlar:
1. Arvadın anası (qayınana): Burada evləndiyi qadınla yaxınlıq edib-etməmək şərt deyil. Sadəcə olaraq həmin qadının qızı ilə nikah bağlayarsa artıq onun ansı ilə evlənmək haram olur.
2. Cinsi əlaqədə olduğu qadının qızı: Əgər qadınla nikah bağlayıb ona cinsi yaxınlıq etməzsə, qızı ilə evlənmək ona halal olar. «...Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir...».
3. Oğulun arvadı (gəlin): Belə halda sadəcə nikah bağlamaqla haram sayılır.
4. Atanın arvadı: Atanın nikah bağladığı qadınla oğulun evlənməsi haramdır.
Üçüncü; Süd əlaqəsi ilə evlənməsi haram olanlar:
Uca Allah buyurur: «...süd analarınız, süd bacılarınız... ilə evlənmək haram edildi».
Həmçinin Peyğəmbər (S.A.V.) demişdir: «Övladlıqla haram olunan, süd əlaqəsi ilə də haramdır»[75].
Bu əsasla süd anası doğma ana kimidir. Oğlan uşağına ana tərəfdən nəsəb səbəbi ilə haram olanlar, süd əlaqəsi səbəbi ilə də haramdır. Beləliklə süd əmən oğlan uşağı bu qrup qadınlarla evlənə bilməz:
1. Süd anası.
2 .Süd anasının anası.
3. Süd anasının qayınanası.
4. Süd anasının bacısı.
5. Süd anasının ərinin bacısı (baldız).
6. Süd anasının oğul və qız nəvələri.
7. Süd bacısı.
Evlənməyi haram edən südəmmənin miqdarı
Aişə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Südü bir iki dəfə sormaq haram etmir»[76].
Ummul Fədl (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Bir iki dəfə süd vermək və ya süd sormaq haram etmir»[77].
Aişə (A.R.O.) deyir ki, «Quranda, on dəfə süd əmməyin haram etməsi nazil olmuşdu. Sonra bu say ləğv edilib beşə endirildi. Peyğəmbər (S.A.V.) vəfat edəndə bəzi insanlar hələ də bu ayələri Qurandan hesab edirdilər»[78].
Südvermə iki yaş ərzində olmalıdır. Belə ki, uca Allah buyurur: «Analar (istər boşanmış, istərsə də boşanmamış olsun) uşaqlarını əmizdirmə müddətini tamamlatmaq istəyən (atalar) üçün tam iki il əmizdirsinlər...»[79].
Ummu Sələmə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Süd əmizdirmə müddətində və süddən kəsilmədən öncə, mədəni dolduran südvermə haram (məhrəm) edir»[80].
Evlənməsi müvəqqəti haram olanlar
1. Eyni zamanda iki bacı ilə evli olmaq: Uca Allah buyurur: «...və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır...»
2. Qadın ilə bərabər bibisi və ya xalası ilə evli olmaq: Demək Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Qadın ilə bərabər onun bibisi və ya xalası ilə evlənmək olmaz»[81].
3. Başqasının arvadı və ya boşanıb müddət (iddə) gözləyən qadın: «...(Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi)...». Yəni, ərdə olan qadınlarla evlənmək haramdır. Cariyələr isə bu haldan istisnadır. Cariyə qadının sahibi, onun hamilə qalmadığına əmin olduqdan (istibra-dan) sonra, evli olsa da ona halaldır. Demək Əbu Səid deyir ki, «Peyğəmbər (S.A.V.) əl-Əvtas adlı yerə qoşun göndərdi. Düşmən onların qarşısına çıxdı və döyüş baş verdi. Müsəlmanlar onlara qalib gəldilər və cariyə götürdülər. Peyğəmbərin (S.A.V.) bəzi səhabələri həmin qadınların müşrik ərlərinə görə onlarla yaxınlıq etməkdən çəkinirdilər. Sonra uca Allah bu ayəni nazil etdi: «...(Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi)...». Yəni, bu cariyələr, gözləmə müddətindən sonra sizə halaldırlar[82].
4. Üçüncü dəfə boşanmış qadın: Bu halda qadın, başqa kişiyə ərə gedib doğru nikah bağlamayınca, birinci ərinə halal sayılmır. Uca Allah buyurur: «Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) başqa bir ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz. (İkinci əri) onu boşadıqdan sonra Allahın (ər-arvadlıq haqqındakı) hədlərinə (hökmlərinə) riayət edəcəklərinə inamları olduqları təqdirdə, (həmin qadının birinci əri ilə) təkrar evlənməsində günah yoxdur...»[83].
5. Zinakar qadınla evlənmək: Kişinin zinakar qadınla evlənməsi, qadının isə zinakar kişiyə ərə getməsi halal deyil. Yalnız əgər onlar sadiq bir tövbə etsələr bundan sonra onlara evlənmək və ya ərə getmək halal olar. Uca Allah buyurur: «Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu (belə bir evlənmə), möminlərə haram edilmişdir»[84].
Amr ibn Şueyb ataasından o da babasından rəvayət edir ki, «Mirsəd ibn Əbu Mirsəd əl-Ğənəvi digər yerlərə Məkkədən əsir daşıyırdı. Məkkədə Ənaq adlı bir nəfər zinakar qadın var idi. Həmin qadın onun məşuqəsi idi. Bir gün o Peyğəmbərin (S.A.V.) yanına gəlib dedi: Ey Allahın elçisi, Ənaqla evlənə bilərəmmi? Peyğəmbər (S.A.V.) susdu və cavab vermədi. Sonra bu ayə: «...Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər...» – nazil oldu. Peyğəmbər (S.A.V.) məni çağırıb mənim üçün bu ayəni oxudu və dedi: Onunla evlənmə»[85].
Batil nikahlar
1. Şiğar nikahı: Bu, bir kimsənin öz qızını, bacısını, yaxud qəyyumu olduğu kimsəni qarşı tərəfə ərə verərək, əvəzində onun özünü, yaxud oğlunu və ya qardaşını qohumlarından bir qızla evləndirməsini, yaxud qızını, bacısını və ya bacısı qızını və ya başqasını qarşılıq olaraq ya evləndirməsi, ya da ərə verməsi deməkdir.
Belə qaydada bağlanan nikah, mehr verilib-verilməməsindən asılı olmayaraq, batil sayılır. Çünki Peyğəmbər (S.A.V.) belə nikah bağlamağı qadağan etmiş və çəkindirmişdir. Uca Allah buyurur: «...Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin...»[86]. İki Səhih əsərdə İbn Ömərdən (A.R.O.) rəvayət olunur ki, «Peyğəmbər (S.A.V.) şiğar nikahını qadağan etmişdir»[87].
Səhih Müslimdə Əbu Hureyrədən (A.R.O.) rəvayət olunur ki, «Peyğəmbər (S.A.V.) şiğar nikahını qadağan edərək dedi: Şiğar odur ki, bir kimsənin digərinə: sən mənə öz qızını ver, mən də sənə öz qızımı verim. Yaxud, sən mənə öz bacını ver, mən də sənə öz bacımı verim – deməsidir»[88].
Həmçinin digər hədisdə demişdir: «İslamda şiğar yoxdur»[89].
Bu səhih hədislər, şiğar nikahının haram, batil və Allahın şəriətinə zidd olmasını açıq-aşkar isbat edir. Göründüyü kimi Peyğəmbər (S.A.V.) bu nikah zamanı mehr verib-verməmək hallarını istisna etmir.
Demək, İbn Ömərin (A.R.O.) bir hədisində şiğar nikahının açıqlaması verilir və deyilir: «Şiğar, bir kişinin öz qızını digərinə evləndirib, əvəzində onun qızını istəməsi və arada mehrin olmamasıdır». Bu hədisin sonunda deyilən, «və arada mehrin olmamasıdır» - bu söz, əksər alimlərin qənaətinə görə İbn Ömərdən rəvayət edən Nafinin sözüdür, Peyğəmbərin (S.A.V.) sözü deyil. Çünki əccəldə də qeyd etdiyimiz kimi, Peyğəmbər (S.A.V.) şiğar nikahını Əbu Hureyrənin hədisində açıqlamış və demişdir: «Peyğəmbər (S.A.V.) şiğar nikahını qadağan edərək dedi: Şiğar odur ki, bir kimsənin digərinə: sən mənə öz qızını ver, mən də sənə öz qızımı verim. Yaxud, sən mənə öz bacını ver, mən də sənə öz bacımı verim – deməsidir». Gördüyünüz kimi burada o, mehrin olmaması haqqında söz etmir. Bu onu göstərir ki, belə nikahda mehrin verilib-verilməməsi onun haramlıq hökmünü dəyişmir. Burada haramlığın səbəbi dəyişmədir. Bu isə böyük fəsad törədən bir haldır. Çünki bu, qəyyumların öz istəklərini həyata keçirmək uğrunda, onların maraqlarını qadınların maraqlarından üstün tutaraq, qadınları istəmədikləri kişiyə zorla ərə verməkdir. Bu isə qadınlara qarşı edilən zülmdür, pis bir işdir. Həmçinin bu, qadınların, tay-tuşlarının aldıqları mehrdən məhrum edilməsi deməkdir. Biz bu gün də belə arzuolunmaz nikah bağlayanların həyatında bunu görürük - Allah yalnız istədiklərini qoruyur-. Eləcə də bu nikah evlilikdən sonra söz-söhbətlərə, münaqişələrə səbəb olur. Bu da Allahın şəriətinə müxalif olanın, təcili cəzasıdır.[90]
2. Muhəllil nikahı: Bu, üçüncü dəfə boşanmış qadını, birinci ərinə halal olsun deyə, gözləmə müddətindən sonra almaq və sonra boşamaqdır.
Bu növ nikah ən böyük günahlardan və fahiş işlərdəndir. İstər əvvəlcə, istərsə sonra bu nikahı etməyə sövdələşmək, yaxud qəlbində belə bir niyyət tutub evlənmək qadağandır. Onu edənə qarşı isə lənət olunmuşdur.
Əli (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) belə nikah bağlayanı və səbəbiylə bu nikah bağlanan kimsəni (birinci əri) lənətləmişdir»[91].
Uqbə ibn Amir (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Sizə kirələnmiş keçi haqqında xəbər verimmi? Orada olanlar: Bəli, de ey Allahın rəsulu. O dedi: Bu, muhəllildir. Allah muhəllilə və səbəbiylə bu nikah bağlanan kimsəyə (birinci ərə) lənət etsin»[92].
Ömər ibn Nafi atasının belə dediyini rəvayət edir: Bir nəfər İbn Ömərin (A.R.O.) yanına gəldi və arvadını üçüncü dəfə boşamış kişi haqqında soruşdu və dedi: Demək həmin adamın qardaşı onun arvadını ona halal olsun deyə, qardaşı ilə sövdələşmədən qadınla evlənmişdir. Belə halda qadın birinci ərinə halal sayılırmı? İbn Ömər dedi: Xeyr evlənə bilməz. Yalnız könüllü nikah bağlandıqdan sonra evlənə bilər. Biz Peyğəmbərin (S.A.V.) vaxtında belə işi zina hesab edirdik.[93]
3. Mutə nikahı (Siğə):
Bu nikah, müvəqqəti və ya kəsik nikah adları ilə də adlanır. Mahiyyəti isə bundan ibarətdir ki, kişi qadınla bir günlük, yaxud bir həftəlik, bir aylıq və ya bir müddətlik nikah bağlayır.
Belə nikah əhli sünnə alimlərinin fikrinə görə yekdil olaraq haram sayılır. Hətta nikah bağlansa da batil sayılır[94].
Səburə deyir ki, «Fəth ilində Məkkəyə daxil olarkən Peyğəmbər (S.A.V.) bizə siğə etməyi əmr etdi. Sonra oradan çıxmamış artıq bunu bizə qadağan etdi»[95].
Kişinin, boşamaq niyəti ilə qadınla nikah bağlaması:
Şeyx Seyyid Sabiq "Fiqhus Sünnə" kitabında (2/ 38) deyir:
"Fiqh alimləri yekdilliklə demişlər ki, kim bir müddət keçdikdən və ya həmin ölkədə işini bitirdikdən sonra qadını boşayacağını niyət edib nikah zamanı vaxt amilini şərt qoymadan evlənərsə onun evliliyi doğrudur.
Əvzai isə bu rəyə qarşı çıxaraq bunu siğə adlandırmışdır.
Şeyx Rəşid Rza "Təfsirul Mənar" əsərində bu sözlərə açıqlama verərək demişdir:
Sələf alimlərinin siğə nikahını qadağan etməsində şiddətli mövqe tutması, boşanmaq niyəti ilə evlənməyin də qadağan edilməsini labüd edir. Düzdür, fiqh alimləri evlənərkən boşamağı niyət edib amma bunu nikahda dilə gətirməməklə bağlanan nikahın doğru olduğunu deyirlər.
Lakin onun belə bir niyətini gizlətməsi xəyanət və yalandır. Belə bir nikahın batil olması daha labüddür, nəinki nikah bağlayarkən ər-arvad və onların qəyyumlarının razılığı ilə kəsilən müvəqqəti siğə nikahı. Belə nikahın bağlanması, bəşəriyyətin ən dəyərli bağlılığı sayılan nikahı, dəyərsiz etməkdən başqa bir şey deyil. Bununla, ehtiras hisslərinin ardınca qaçan kişi və qadınlar nikahı oyuncağa çevirmişlər. Hələ bu kimi nikah bağlantılarının bir çox başqa fəsadları da mövcuddur.
Boşanmaq niyyəti ilə evlənib bunu qadından və onun qəyyumlarından gizlətmək xəyanət və yalan olmaqla yanaşı bir çox fəsadlara: düşmənçiliyə, nifrətə və həqiqi evlənib ümmətin bir hissəsini təşkil edən namuslu ailə qurmaq istəyənlərə qarşı inamsızlığın yaranmasına – səbəb olur".
Mən isə deyirəm ki, Şeyx Rəşid Rzanın söylədiyi bu fikri dəstəkləyən rəvayət Ömər ibn Nafinin atasından nəql etdiyi rəvayətdir. Rəvayətdə deyilir: «Bir nəfər İbn Ömərin (A.R.O.) yanına gəldi və arvadını üçüncü dəfə boşamış kişi haqqında soruşdu və dedi: Demək həmin adamın qardaşı onun arvadını ona halal olsun deyə, qardaşı ilə sövdələşmədən qadınla (boşanma niyyəti ilə) evlənmişdir. Belə halda qadın birinci ərinə halal sayılırmı? İbn Ömər dedi: Xeyr evlənə bilməz. Yalnız könüllü nikah bağlandıqdan sonra evlənə bilər. Biz Peyğəmbərin (S.A.V.) vaxtında belə işi zina hesab edirdik»[96].
Qadın hüquqları
Ailə, cəmiyyətin formalaşması üçün qoyulan ilk kərpicidir. Əgər o islah olunarsa cəmiyyət də saflaşar, fəsadlı olarsa cəmiyyət də korlanar. Elə buna görə də İslam şəriəti ailəyə çox böyük önəm vermiş, onun sağlam qalması və xoşbəxt olması üçün qayda-qanun qoymuşdur.
İslam şəriəti ailəni, iki nəfərin şərik olduğu müəssisəyə bənzətmişdir. Müəssisənin birinci məsul şəxsini kişi etmişdir. Uca Allah buyurur: «Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, var-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar...»[97].
İslam şəriəti hər iki şərikə bir-birilərinin üzərinə düşən qarşılıqlı hüquqlar vermişdir. Belə ki, bu hüquqların qorunması həmin müəssisənin sabit olmasını və şərikliyin davam etməsini təmin edir. Həmçinin İslam şəriəti hər iki şərikin öhdəsinə düşən vəzifəsini yerinə yetirməyə və bəzi hallarda qarşı tərəfin göstərdiyi haqsızlığa dözməyə təşviq etmişdir.
Kişinin boynuna düşən qadın haqqı
Uca Allah buyurur: «Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir...»[98].
Ərlə arvad arasında olan sevgi, başqa heç bir cütlükdə ola bilməz. Uca Allah ərlə arvadın dəvamiyyətli sevgili və mərhəmətli olmalarını sevdiyindən, bu ünsiyyət qorunub saxlansın deyə müəyyən hüquqlar əmr etmişdir. Belə ki, bu hüquqların qorunmasıyla sevgi və mərhəmətin tükənməsi və ya itməsinin qarşısı alınır. Uca Allah buyurur: «(Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində eyni hüquqları vardır...»[99].
Bu kəlmələr qısa olsalar da onalrın ehtiva etdikləri təfsilatı toplamaq üçün böyük bir kitab yazmaq lazım gələr. Bu, yalnız bir haldan başqa, digər bütün hallarda qadının kişi ilə eyni hüquqa malik olduğunu vurğulayan ümumi bir qaydadır. Həmin istisna olunan hüquq bu ayədədir: «...Ancaq kişilər onlardan bir dərəcə üstündürlər...»[100].
Uca Allah qadınların haqqını və ya qeyri haqqını bilməyi insanların öz yaşayışlarında, davranışlarında və ailələrində olan xoş münasibətlərdən götürməyi onlara həvalə etmişdir. İnsanların adət-ənənələri isə onların şəriətindən, etiqadlarından, ədəb-ərkanlarından və adətlərindən irəli gəlir. Ayənin bu cümləsi kişiyə həyatın bütün sahələrində öz arvadı ilə necə davranması haqqında bir ölçüdür. O qadından hər hansı bir işi tələb etdikdə düşünməlidir ki, tələb etdiyi şey eynilə onun özünə də aiddir. Ona görə də İbn Abbas (Allah onlardan razı olsun) deyərdi ki, «qadınım mənim üçün bəzəndiyi kimi, mən də onun üçün bəzənirəm»[101].
Həqiqi müsəlman qadının onun üzərində olan haqqlarını etiraf etməlidir. Necə ki, uca Allah bu ayədə buyurur: «(Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində eyni hüquqları vardır...».
Həmçinin Peyğəmbər (S.A.V.) hədisdə deyir: «Həqiqətən sizin qadınlarınız üzərində, qadınlarınızın da sizin üzərinizdə haqqları vardır»[102].
Dərrakəli müsəlman öz haqqının ödənib-ödənməməsinə baxmadan, daima qadınının haqqını ödəməyə çalışır. Çünki belə müsəlman onların arasında sevgi və mərhəmətin dəvamiyyətli olmasını daha üstün sayır. Həmçinin onların ayrılması üçün fürsət axtaran şeytana macal vermək də onun hədəfidir.
«Din nəsihətdir!» sözünün riayətçisi olaraq birinci kişinin boynuna düşən qadın haqqlarını, sonra isə qadının boynuna düşən kişi haqqlarını sadalamaq istərdik. Bəlkə bu səbəblə ər və arvadlar düşünər, haqqı və səbri tövsiyə edənlərdən olarlar.
«Həqiqətən qadınlarınızın sizin üzərinizdə haqqları vardır».
1. Kişi qadınla mülayim həyat tərzi sürməlidir. Uca Allah buyurur: «...Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin...»[103]. Demək kişi qadının qida və geyim ehtiyaclarını ödəməli, özbaşınalıq etməsindən qorxduğu halda Allahın buyurduğu qaydada onu tərbiyələndirməlidir. Tərbiyələndirmə ilk olaraq gözəl nəsihətlə, söyüşsüz, təhqirsiz və ya kobudluq edilmədən olmalıdır. Əgər qadın bununla yola gəlməzsə onda yatağını ayırmalıdır, yenə də yola gəlməzsə onda üz istisna olmaqla bədənin digər yerlərinə yüngül şəkildə vurmaqla tərbiyələndirə bilər. Elə bu haqda uca Allah buyurur: «...(Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!»[104].
Həmçinin Peyğəmbərdən (S.A.V.): "Qadınımızın bizim üzərimizdə olan haqqı nədir?" – deyə soruşduqda belə cavab vermişdir: «İstədiyi vaxt yedirtmək, istədiyi vaxt geyindirmək. Həmçinin üzünə vurmamaq, kobudluq etməmək və yalnız evdə olarkən yatağını ayırmaq»[105].
Kişinin öz ailəsi ilə mülayim və xoş davranması onun əxlaqının kamilliyinin və imanının artımının aşkar əlamətidir. Necə ki, Peyğəmbər (S.A.V.) demişdir: «Möminlərin ən mükəmməl imana sahib olanı ön gözəl əxlaqlı olanıdır. Sizin ən xeyirliniz isə qadınları üçün xeyirli olanınızdır»[106].
Kişinin qadına qarşı xoş davranması onun yüksək şəxsiyyətliliyindən xəbər verir. Ona xəyanət etməsi və alçaltması isə onun rəzalətindən və alçaqlığından irəli gəlir.
Kişinin qadınla xoş davranma nümunəsi onunla mülayim davranıb, oynaqlaşmasıdır. Bu işdə Peyğəmbəri (S.A.V.) özünə örnək götürməlidir. Demək o, Aişə ilə mülayim davranar və yarışardı. Hətta Aişə (A.R.O.) deyir ki, «bir gün Peyğəmbər (S.A.V.) mənimlə yarışdı və mən onu ötdüm. Mən kökəldikdən sonra mənimlə yarışıb məni ötdü və dedi: Bu, ötən yarışmanın əvəzinə idi»[107].
Peyğəmbər (S.A.V.) ailə ilə oynamaq xaric, digər oyunları faydasız saymış və demişdir: «Adəm övladının oynadığı bütün oyunlar faydasızdır, yalnız üçündən başqa: Ox atmaq, atına təlim keçmək və ailəsi ilə oynaqlaşmaq. Bunlar həqiqətən də haqqdandır»[108].
2. Qadının kişi üzərində olan haqqından biri onun əziyyətinə səbr etmək və etdiyi nalayiq hərəkətləri bağışlamaqdır. Demək Peyğəmbər (S.A.V.) demişdir: «Mömin kişi mömin qadına nifrət etməsin. Onun bir əxlaqi xüsusiyyətini xoşlamasa, digərini xoşlar»[109].
Həmçinin demişdir: «Qadınlarla xoş davranın həqiqətən onlar qabırğadan yaradılmışlar. Qabırğanın ən əyri yeri isə baş hissəsidir. Sən onu düzəltmək istəsən sındıracaqsan. Olduğu kimi saxlasan əyri olaraq qalacaqdır. Qadınlarla xoş davranın»[110].
Bəzi sələfilər deyərdilər: Qadınla gözəl əxlaqlı davranmaq ona yaxşılıq etmək demək deyil. Ona yaxşılıq etmək onun əziyyətinə dözmək, qəzəbli və təlaşlı halında mülayim olmaqdır. Peyğəmbər (S.A.V.) də belə edərdi. Demək yoldaşları onun yanına gələr və səhərdən axşama qədər ondan küsülü qalardılar[111].
3. Qadının kişi üzərində olan digər haqqı onun şərəfinə, namusuna ləkə gətirən şeylərdən onu qorumaq, mühafizə etmək, açıq-saçıq olmaqdan çəkindirməkdir. Həmçinin naməhrəm kişilərlə qaynayıb qarışmasının qarşısını almaq, onun ehtiyaclarını tam ödəməli və lazımi qaydada keşiyində durmalıdır. Ona əxlaq və din işlərində əyri yolda düşməməyə kömək etməlidir. Ona günah işlətməyə, yaxud Allahın və rəsulunun əmrindən kənara çıxmağa macal verməməlidir. Belə ki, kişi onun məsuliyyət daşıyan hamisi, himayədarıdır. Uca Allah buyurur: «Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər)...»[112].
Həmçinin Peyğəmbər (S.A.V.) demişdir: «Kişi ailəsinin hamisidir və o, tabeçiliyində olanların məsuliyyətini daşıyır»[113].
4. Qadının kişi üzərində olan digər haqqı, kişinin ona dinin zəruri əmrlərini öyrətməsi, yaxud elmi məclislərə getməsinə icazə verməsidir. Belə ki, onun dinini öyrənməsi, mənəviyyatını gücləndirməsi yeməyə və içməyə olan ehtiyacından heç də az əhəmiyyət daşımır. Bu, uca Allahın aşağıdakı ayəsindən götürülmüşdür: «Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır...»[114].
Qadın da ailənin bir üzvüdür. Onu, iman və saleh əməllərlə oddan qorumaq mümkündür. Əməlin saleh olması və şəriətin tələb etdiyi qaydada yerinə yetirilməsi üçün isə elm və bilik gərəkdir.
5. Qadının kişi üzərində olan digər haqqı, kişinin ondan Allahın dininə əməl etməyi tələb etməsi və namazları vaxtında qılmasını əmr etməlidir. Uca Allah buyurur: «Əhlinə namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et...»[115].
6. Qadının digər hüququ ehtiyacı olduğu zaman kişinin ona evdən çıxmağa icazə verməsidir. Məsələn bu ehtiyac camaat namazına getmək, öz ailəsini, qohumlarını və ya qonşularını ziyarət etmək ola bilər. Lakin bir şərtlə ki, kişi qadına cilbab (bədəni tam örtən geniş paltar) geyinməsini, açıq-saçıq olmamasını, naməhrəmlərin diqqətini cəlb etməsin deyə ətirlərdən istifadə etməməyi, yad kişilərlə qaynayıb-qarışmamağı və onlara əl verib görüşməməyi, televizorda nalayiq şeyləri seyr etməməyi və musiqi dinləməməyi əmr etməlidir.
7. Qadının digər haqqı kişinin onun sirrini və eyiblərini açmamasıdır. Çünki kişi onun qayğıkeşi və hamisi sayılır. Ən təhlükəlisi yataq sirrlərinin açılmasıdır. Ona görə Peyğəmbər (S.A.V.) belə sirlərin açılmasını qadağan etmişdir. Demək Əsma bint Yezid deyir ki, mən Peyğəmbərin (S.A.V.) yanındaydım və orada başqa kişi və qadınların da əyləşmişdilər. Bu zaman Peyğəmbər (S.A.V.) dedi: «Bəlkə hansısa kişi ailəsi ilə etdiyini, qadın da əri ilə etdiyini başqasına danışır? Hamı sakit durdu. Mən isə dedim: Bəli, ey Allahın elçisi, Allaha and olsun ki, bunu qadınlar da edir, kişilər də. Peyğəmbər (S.A.V.) dedi: Belə etməyin. Bu, yolda gedən bir şeytanın qarşısına çıxan şeytanı ilə, insanların gözü önündə cinsi əlaqəyə girməsinə bənzəyir»[116].
8. Qadının kişi üzərində olan digər haqqı kişinin öz işlərində onunla məsləhətləşməsidir. Ələlxüsus onlara və övladlarına aid məsələlərdə. Demək Peyğəmbər (S.A.V.) qadınları ilə məşvərət edər və onların dediklərinə uyğun hərəkət edərdi. Onun belə bir hərəkəti Hudeybiyyə günü baş vermişdi. Demək sülh sazişi bağladıqdan sonra üzünü səhabələrə tutub: «Qalxın qurbanlarınızı kəsin, sonra başınızı qırxın». Rəvayətçi deyir: Allaha and olsun, Peyğəmbər (S.A.V.) bunu üç dəfə təkrarladı amma heç kəs yerindən qalxmadı. O, heç kəsin qalxmadığını görüb Ummu Sələmənin (A.R.O.) yanına daxil oldu və camaatın itaətsizliyini ona çatdırdı. Ummu Sələmə dedi: Ey Allahın Peyğəmbəri, sən bunu etməyi istəyirsənsə camaatın önünə çıx və heç kəsi dindirmədən dəvələrini kəs və bərbərini çağırıb başını qırxdır. Peyğəmbər (S.A.V.) deyilən kimi çıxıb heç kəsi dindirmədən deyilənləri etdi. Bunu görən camaat da qurbanlarını kəsib, bir-birilərinin başlarını qırxmağa başladılar. Sanki bir-birlərini öldürəcəklər kimi bir izdiham baş verdi[117].
Uca Allah Peyğəmbərə (S.A.V.) yoldaşı Ummu Sələmənin fikri ilə böyük xeyir bəxş etdi. Baş verən bu hadisə, qadınlarla məşvərət etməyi qadağan edən zülm və haqsızlıqla söylənmiş məsəllərə qarşı çıxan bir məsəldir. Belə zülm və haqsızlıqla söylənilmiş məsəllərdən birində deyilir ki, qadının məşvərəti fayda verərsə bir ili, fayda verməzsə bütün ömürü məhv edər.
9. Qadının kişi üzərində olan digər haqqı, kişinin işa namazından sonra birbaşa qadının yanına qayıtması, gecənin bir hissəsini evdən kənarda keçirməməsidir. Çünki bu, qadını təlaşlandırır və onu narahat edir. Həmçinin kişinin daim gecikməsi səbəbi ilə qadının qəlbinə vəsvəsə və şək-şübhə də gələ bilər. Nəinki bu, hətta kişinin evin daxilində qadından uzaq durub səhərə qədər oyaq qalması qadının haqqının pozulmasıdır. Qadının haqqı ödənilməmiş, hətta namaz qılmaq üçün belə hərəkət etmək olmaz. Elə bu baxımdan Peyğəmbər (S.A.V.) Abdullah ibn Amra gecələr oyaq qalmasını və qadınından uzaq durmasını etiraz etmiş və demişdir: «Arvadının sənin üzərində haqqı vardır»[118].
10. Qadının kişi üzərində olan digər haqqı, əgər kişinin başqa arvadı varsa onunla digər zövcələri arasında ədalətli olmasıdır. Kişi qadınları yedizdirməkdə, içizdirməkdə, geyim-keçimdə və gecələmədə ədalətli olmalıdır. Onun bu hüquqları pozmağa və ya zülm etməyə haqqı yoxdur. Çünki uca Allah bunu haram etmişdir. Peyğəmbər (S.A.V.) demişdir: «Kimin iki arvadı olar və birini digərindən üstün tutarsa qiyamət günü gələrkən cəsədinin bir tərəfi şil olar»[119].
İslam qardaşlarım, bu qadınlarınızın sizin üzərinizdə olan haqqlarıdır. Sizə vacib olan, onların bu haqqlarını ödəməyə səy göstərmək və yorulmamaqdır. Həqiqətən bu haqları layiqincə ödəmək sizin ailə xoşbəxtliyinizi qorumanıza, evlərin sağlam olmasına, sizi narahat edən, sakitliyinizi, xoş ünsiyyətinizi və mərhəmətinizi pozan problemlərdən uzaq olmanız üçün bir səbəbdir.
Həmçinin qadınlara da tövsiyə edərdik ki, onların haqqlarını pozub naqilsik göstərən ərlərinin bu işinə böyük əhəmiyyət verməsinlər. Əksinə belə halda onlara daha gözəl xidmət göstərsinlər. Bununla evlilik həyatı xöşbəxt davam edə bilər.
Kişinin qadın üzərində olan haqqları
Kişinin qadın üzərində böyük haqqı vardır. Bu haqqı Peyğəmbər (S.A.V.) bu sözləri ilə dəyərləndirmişdir: «Kişinin qadın üzərində olan haqqı elə böyükdür ki, kişinin bədənində olan irinli yaranı yalayarsa yenə də onun haqqını ödəyə bilməz»[120].
Dərrakəli və müdrik qadın, Allahın və rəsulunun dəyərləndirdiyinə önəm verən, öz ərini layiqincə qiymətləndirən kimsədir. Qadın kişiyə itaət etməyə çalışmalıdır. Çünki ona itaət etməsi cənnətə aparan səbəblərdəndir. Peyğəmbər (S.A.V.) demişdir: «Əgər qadın gündəlik beş namazını qılar, Ramazan ayını oruc tutar, ayıb yerlərini qoruyar və ərinə itaət edərsə ona: "cənnətin hansı qapısından istəyirsən oraya daxil ol" – deyərlər»[121].
Ey müsəlman qadın gördüyün kimi, Peyğəmbər (S.A.V.) ərə itaət etməyi namaz və orucla bərabər tutaraq cənnətə daxil olmaq üçün səbəb kimi qeyd etmişdir. Sən də ona itaət et, asilikdən uzaq ol. Çünki qadın ərə asilik göstərməklə uca Allahın qəzəbinə gələr. Peyğəmbər (S.A.V.) demişdir: «Nəfsim əlində olana and olsun, o kişi ki, qadınını yatağa dəvət edər və qadın bundan imtina edərsə, əri ondan razı olana qədər, göydə olan ona qəzəblənər»[122].
1. Ey müsəlman qadın, sənin boynuna düşən borc şəriətə zidd olmayan işlərdə ərinin dediklərini eşidib, itaət etməkdir. Amma bu itaətdə ifrata varmaqdan da çəkinməlisən. Belə ki, Allaha asilik olan işlərdə ona itaət etməməlisən. Əgər sən belə işlərdə itaət etsən o zaman günah sahibi olacaqsan.
Belə asiliklərdən məsələn, ərin üçün bəzənməkdən ötrü üzünün tüklərini yolasan. Halbuki Peyğəmbər (S.A.V.) demişdir: «Tükləri yolanı və yoldurtanı Allah öz mərhəmətindən məhrum etmişdir»[123].
Həmçinin belə asiliklərdən, ər başqalarının önündə arvadının gözəlliyi ilə öyünsün deyə hicabsız çölə çıxması. Halbuki Peyğəmbər (S.A.V.) demişdir: «Ümmətimdən mənim görmədiyim, cəhənnəmlik olacaq iki qrup insan vardır. Bir qrup əlində inək quyruğuna bənzər qamçılarla insanları vuracaq[124]. Digəri isə şəffaf paltar geyinib lüt-üryan gəzən, bu əməlini başqasına göstərən, haqqdan üz çevirən, başları əyilmiş dəvə hörgücünə bənzər[125] qadınlardır. Onlar cənnətə daxil olmayacaq, iyini duymayacaqlar[126]. Halbuki onun iyi filan-filan məsafədən (başqa rəvayətə əsasən, beş yüz illik məsafədən) gəlir»[127].
Asilik sayılan digər günah iş aybaşı zamanı və ya Allahın haram etdiyi yolla cinsi yaxınlığa icazə vermək. Peyğəmbər (S.A.V.) demişdir: «Kim aybaşı olan qadınla və ya arxa orqandan cinsi yaxınlıq edərsə, yaxud sehrbazın yanına gəlib onun dediklərini təsdiqləyərsə artıq Məhəmmədə nazil olana küfr (imansızlıq, təkzib) etmişdir»[128].
Digər asilik, onun əmri ilə özünü yad kişilərə göstərmək, onlarla qaynayıb qarışmaq və görüşməkdir. Uca Allah buyurur: «...Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun...»[129].
Həmçinin Peyğəmbər (S.A.V.) demişdir: «Qadınların yanına daxil olmayın!» Orada olanlar dedilər: Ey Allahın elçisi, bəs qayın?[130] Peyğəmbər (S.A.V.) dedi: «Bu lap ölüm kimidir!»[131]
Allahın şəriətinə müxalif olan bütün günahları bunlarla müqayisə et və ərinə itaətinlə qürurlanıb, Allaha asilik olan işlərdə ərinə itaət göstərmə. İtaət yaxşı işlərdə olur. Xaliqə asilik sayılan işdə, məxluqa itaət olunmaz.
2. Qadın kişinin namusunu, şərəfini, malını, övladlarını və evinin digər işlərini qoruyub saxlamalıdır. Uca Allah buyurur: «Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar...»[132]. Həmçinin Peyğəmbər (S.A.V.) demişdir: «Qadın ərinin evində gözətçidir və orada olanların məsuliyyətini o daşıyır»[133].
3. Kişinin qadın üzərində olan digər haqqı, qadının onun üçün bəzənməsi, gözəl görsənməsi, daim üzünə gülümsəməsi, qaşqabaqlı gəzməməsi, ərinin xoşlamadığı surətdə olmamalıdır. Təbərani, Abdullah ibn Səlamın hədisindən rəvayət edir ki, Peyğəmbər (S.A.V.) demişdir: «Ən xeyirli qadın o kimsədir ki, onu görmək səni sevindirsin, əmr etdikdə sənə itaət etsin, sənin və var-dövlətin haqqında bildiyi sirləri özündə saxlasın»[134].
Evində ərinin yanında özünə fikir verməyən, bu işdə səhlənkarlıq edən, evdən çıxarkən isə bəzənib-düzənən qadının halı çox təəcüblüdür. Belə halda doğru bir məsəl yerinə düşür. Məsəldə deyilir: "Evdə meymun, küçədə isə ceyran kimidir". Ey Allahın qadın bəndəsi, öz nəfsinə və ərinə bəslədiyin münasibətə görə Allahdan qorx. Sənin bəzənmən və gözəlliyini nümayiş etdirmən üçün ən layiqli insan ərindir. Zinətini və gözəlliyini görmək qadağan olan kimsələrə, naməhrəmlərə bunu göstərmə. Bu həqiqətən, haram buyurulmuş açıq-saçıqlıqdır.
4. Kişinin qadın üzərində digər haqqı evdə oturmaq və kişinin icazəsi olmadan evdən çıxmamaqdır. Hətta məscidə getmək üçün icazə almalıdır. Uca Allah buyurur: «Evlərinizdə qərar tutun...»[135].
5. Kişinin digər haqqı odur ki, qadın onun icazəsi olmadan evə heç kəsi buraxmamalıdır. Belə ki, Peyğəmbər (S.A.V.) demişdir: «...Sizin qadınlar üzərində haqqınız, evinizə xoşlamadığınız kimsələri buraxmamasıdır...»[136].
6. Kişinin başqa haqqı odur ki, qadın onun malını qorumalı, onun icazəsi olmadan xərcləməməlidir. Demək, Peyğəmbər (S.A.V.) demişdir: «Heç bir qadın ərinin icazəsi olmadan onun evindən bir şey götürüb xərcləməsin!» Orada olanlar dedilər: Hətta kiməsə yemək sədəqə etmək də olmaz? Peyğəmbər (S.A.V.) dedi: «Bu, bizim ən gözəl mal-dövlətimizdir»[137].
Hətta qadın öz malından xərcləyərkən ərindən icazə almalıdır və bu da kişinin haqqlarındandır. Demək Peyğəmbər (S.A.V.) demişdir: «Qadın, ərinin icazəsi olmadan öz malından nəyisə xərcləməməlidir»[138].
7. Kişinin digər haqqı odur ki, o, mövcud ola-ola qadın ondan icazəsiz nafilə oruc tuta bilməz. Demək Peyğəmbər (S.A.V.) demişdir: «Qadının əri mövcud ola-ola, qadının icazəsiz oruc tutması halal deyil»[139].
8. Kişinin qadın üzərində olan başqa bir haqqı, qadın öz malından ailəsi və evi üçün xərclədiyinə görə kişiyə minnət qoymamalıdır. Çünki minnət etmək işin savabını batil edir. Uca Allah buyurur: «Ey iman gətirənlər! Sədəqələrinizi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın...»[140].
9. Kişinin digər haqqı odur ki, qadın az ruzi ilə də razı qalsın, olduğu ilə qənaətlənsin və gücü çatmayan xərcləri onun boynuna qoymasın. Demək uca Allah buyurur: «Varlı-karlı olan öz varına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyindən versin. Allah heç kəsi Özünün ona verdiyindən artıq xərcləməyə məcbur etməz. Allah hər bir çətinlikdən sonra asanlıq (yoxsulluqdan sonra dövlət) əta edər»[141].
10. Kişinin digər haqqı odur ki, qadın uşaqların tərbiyəsini gözəl şəkildə, səbirlə həyata keçirməli, kişinin yanında uşaqlara qəzəblənməməli, onlar üçün bəd dua etməməli və söyməməlidir. Çünki bu kimi şeylər ona əziyyət verə bilər. Halbuki Peyğəmbər (S.A.V.) demişdir: «Dünyada qadın öz ərinə əziyyət verdikdə onun "Hurul Eyn"dən olan arvadı deyər: "Allah səni mərhəmətindən qovsun, ona əziyyət vermə. O sənin yanında qonaqdır, bizim yanımıza gəlməyinə az qalıb"»[142].
11. Kişinin digər haqqı budur ki, qadın, onun ata – anası və digər qohumları ilə xoş davranmalıdır. Kişinin ata – anasına və qohumlarına pislik edən qadın, kişiyə heç bir yaxşılıq etməmiş kimidir.
12. Kişinin digər haqqı odur ki, qadın heç vaxt kişinin yaxınlıq istəyindən imtina etməsin. Demək Peyğəmbər (S.A.V.) demişdir: «Əgər kişi arvadını yatağa çağırar qadın isə imtina edərsə, nəticədə kişi ondan qəzəblənib yatarsa səhər açılana qədər mələklər ona lənət oxuyarlar»[143]. Həmçinin demişdir: «Əgər kişi ehtiyacını ödəmək üçün arvadını çağırarsa, hətta təndir başında olsa belə yenə də gəlsin»[144].
13. Kişinin qadın üzərində olan digər haqqı odur ki, qadın onun və evinin sirlərini saxlasın və heç bir sirri kənara çıxarmasın. Qadınların diqqətsizlik göstərdikləri ən təhlükəli sirr, ərlə-arvad arasında olan yataq sirrlərinin açılmasıdır. Demək Peyğəmbər (S.A.V.) bunu qadağan etmişdir. Əsma bint Yezid deyir ki, mən Peyğəmbərin (S.A.V.) yanındaydım və orada başqa kişi və qadınların da əyləşmişdilər. Bu zaman Peyğəmbər (S.A.V.) dedi: «Bəlkə hansısa kişi ailəsi ilə etdiyini, qadın da əri ilə etdiyini başqasına danışır? Hamı sakit durdu. Mən isə dedim: Bəli, ey Allahın elçisi, Allaha and olsun ki, bunu qadınlar da edir, kişilər də. Peyğəmbər (S.A.V.) dedi: Belə etməyin. Bu, yolda gedən bir şeytanın qarşısına çıxan şeytanı ilə, insanların gözü önündə cinsi əlaqəyə girməsinə bənzəyir»[145].
14. Kişinin digər haqqı odur ki, qadın həyatını yalnız onunla yaşamağa cəhd etməli və üzürsüz yerə talaq (boşanma) istəməməlidir. Sovban (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Səbəbsiz yerə ərindən talaq (boşanma) istəyən qadına cənnətin iyi haram olar»[146]. Həmçinin demişdir: «Səbəbsiz yerə boşanma tələb edən qadın ikiüzlüdür (münafiqdir)»[147].
Ey müsəlman qadın, bu, ərinin sənin üzərində olan hüquqlarıdır. Sən bu hüquqları layiqincə yerinə yetirmək üçün canfəşanlıq göstərməlisən. Ərinin bəzən sənə qarşı etdiyi haqsızlığa göz yum. Çünki belə halda sizin məhəbbətiniz və mərhəmətiniz dəvamiyyətli olar, evlər islah edilər, bu evlərlə bütün bir cəmiyyət düzələr.
Analar bilməlidilər ki, onların boynuna düşən məsuliyyət odur ki, onlar qızlarına ərlərinin hüquqlarını öyrətməli və bu hüquqları toydan öncə qızlarına xatırlatmalıdırlar. Sələf qadınlarının (Allah onlardan razı olsun) adəti də belə idi. Demək Kindənin kralı Amr ibn Hicr, Ummu İyas bint Ovf əş-Şeybanini nişanladı. Toy vaxtı gələndə anası Umamə bint əl-Haris qızını təkliyə çəkib nəsihət etdi və ona xoşbəxt ailə həyatının əsaslarını və ərinin onun üzərində olan haqlarını açıqladı və dedi:
Ey qızım, qarşındakı şəxsin gözəl əxlaqlı olduğuna görə ona nəsihət etmək gərəkmirsə, sən də bu qismə aidsən. Lakin bu deyəcəyim sözlər qəflətdə olana bir xatırlama, aqil insana azuqədir. Ata-anasını çox istədiyinə və onların güclü ehtiyacı olduğuna görə ərindən imtina edə bilən qadın varsa sən onların ilkisən. Amma qadınlar kişilər, kişilər isə qadınlar üçün yaradılmışlar.
Ey qızım, sən öyrəşdiyin abu-havanı tərk edib, yaşadığın mühitdən uzaqlaşıb, bu vaxta qədər tanımadığın bir yerə, dostluq etmədiyin yoldaşın yanına gedirsən. Hansıki o öz mal-mülkü ilə sənə himayəçi və ağa sayılır. Sən onun köləsi ol ki, o da sənin üçün gözəl kölə olsun. Onunla münasibətdə bu on xüsusiyyəti qoru ki, sənin üçün dayaq olsun:
Birinci və ikinci xüsusiyyət: Səmimi şəkildə itaət et, sözünü dinləyib əməl et.
Üçüncü və dördüncü xüsusiyyət: Onun göz və burun hissiyatlarına diqqətlə yanaş. Yəni, çalış heç vaxt səndə xoşagəlməz hal görməsin və hər zaman səndən xoş iy duysun.
Beşinci və altıncı xüsusiyyət: Onun yatmaq və yemək vaxtlarına diqqət yetir. Çünki güclü aclıq hissi coşqunluğa, yarımçıq yuxu isə qəzəbə səbəb olar.
Yeddinci və səkkizinci xüsusiyyət: Onun var-dövlətini, abır-həyasını və ailəsini qoru. Var-dövləti qorumaq üçün onu lazımlı yerlərə xərcləmək, ailəni qorumaq üçün isə yaxşı tədbir görmək lazımdır.
Doqquzuncu və onuncu xüsusiyyət: Onun əmrlərinə asi olma və sirrini açma. Əgər sən onun əmrlərinə müxalif olsan onu qəzəbləndirər, sirrini açsan onun cəzasından aman tapmazsan. Həmçinin o kədərli olarkən onun yanında sevinmə, o sevincək olanda isə onun yanına qəm-qüssəyə batma.[148]