Evdə bayquş saxlamaq olarmı?

    15.01.2014
Sual: 
Salam aleykum. Bayqush nece heyvandir? Onun haqqinda ne ise deye bilersinizmi? Birde o heyvani evde saxlamaq olarmi?
Cavab: 

Va aleykum Salam. Bayquş da digər heyvanlar kimi Uca Allahın yaratdığı heyvanlardan biridir. Uca Allah belə buyurur: "Həqiqətən, heyvanlarda da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarında olandan (süddən) sizə içirdirik. Onlarda sizin üçün daha bir çox mənfəətlər də vardır. (Bəzilərini minir, bəzilərinin yunundan, bəzilərinin isə tükündən istifadə edirsiniz). Həm də onlardan yeyirsiniz!" (əl-Mu'minun, 21).
Yer üzərindəki Allah Təalanın yaratdığı heyvanlar da digər yaradılmış nemətlər kimi yer üzünün xəlifəsi olan insanın ixtiyarına verilmişdir. İnsan heyvanların ətindən, dərisindən, sümüyündən, yunundan bir sözlə hər şeyindən fayda əldə bildiyi kimi, heyvanların özündən də faydalana bilər (Məsələn, uzunluqdan yük daşıyıcısı, əhliləşdirilmiş itlərdən, quşlardan ov etmə, atdan və dəvədən minik vasitəsi və.s). Rəvayətlərə görə "bayquş" qədim zamanalrda bəylərin saxladığı quş olduğu üçün o, "bayquş" yox, "bəyquşu" adlanıb. Sonradan zaman keçdikcə "bəyquşu" kimi tanınan bu quş növü, "bayquş" kimi tanınmağa başlayıb. Bayquş yırtıcı quşdur və əgər siz ondan faydalana biləcəksinizsə onda onu saxlamaq sizin ixtiyarınıza buraxılır.

Paylaş: