Foreks işi halaldırmı?

    15.04.2015
Sual: 
Salam Aleykum. Bir nece sualim var. 1. Forex ishi halaldimi,bu barede melumat verin zehmet olmasa 2. Zovce oz yoldasina istimne ede bilermi,yaxinliq mumkun olmasa?
Cavab: 

Aleykum salam.

  1. Alimlər "FOREX" əməliyyatlarını aşağıdakı problemlərə görə Şəriət baxımdan haram hesab etmişlər:
    • əqd üzrə öhdəliyin gecikdirilməsi zamanı əlavə haqqı tələb edilir ki, bu ribadır (faiz);
    • götürülən borcu yenidən pul qazanmaq üçün satmaq Rəsulullahdan gələn həsən hədislə qadağan edilib ki, bu da "FOREX" əməliyyatlarında adi haldır, yəni agent borc verdiyi anda komissiya alır ki, bu da ribanın başqa bir növüdür.
    • valyutanın əldən-ələ dəyişdirilməməsi, ticarətin qeyri-islami qiymətli kağızlarla aparılması, haram fəaliyyətlə məşğul olan şirklətlərin səhmlərinin alınıb satılması, gələcəkdə olcaq, qeyri-müəyyən indekslər üzrə əməliyyatlar və s.
  2. Bəli, edə bilər
Teqlər: 
Paylaş: