İnternetdə yuxu yozmaq günahdırmı?

    15.04.2015
Sual: 
Salam aleykum internetdə yuxu yozmaq gunahdi?
Cavab: 

Aleykum salam. Xeyr, yuxunu yalnız bu işi bacaranlar yoza bilər. Unutmayaq ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) mütləq yuxuları yozmağı və yuxu yozumuna görə hərəkət etməyi bizə buyurmayıb. Həmçinin bilmək lazımdır ki, hər kəs yuxu yoza bilməz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Peyğəmbərlikdə (yəni peyğəmbərliyin əlamətlərindən) yalnız müjdələr qalmışdır". (Səhabələr -  Allah onlardan razı olsun): "Müjdələr nədir?" - deyə soruşdular. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) "Gözəl yuxudur!" - deyə cavab verdi. (əl-Buxari 6990).
İmam Malikə "hər kəs yuxu yoza bilərmi?" - deyə sual verildikdə, o "Siz peyğəmbərliklə əylənməkmi istəyirsiniz?" - deyə cavab vermişdir. Həmçinin oxuyun:
Quranda və səhih hədislərdə yuxu yozma haqqında məlumat verilirmi?

Paylaş: