Vəhhabilər kimlərdir?

    16.01.2014
Kimdən: 
Azer
Sual: 
Salam aleykum. Sünnü ve Shie bildik, bes Vehhabi nedir?
Cavab: 

Aleykum salam. Ümumən bunu bilmək lazımdır ki, islamda təriqət və təfriqəçilik yoxdur. Quranda da bu barədə kifayət qədər ayələr mövcuddur: "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!" (Ali İmran, 103).
"
nsanları) Allaha tərəf çağıran, yaxşı iş görən və: "Həqiqətən, mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?" (Fussilət, 33).
Vəhhabilik məsələsinə gəldikdə isə bu sonradan uydurulmuş bir addır. Əslində bu vaxta qədər hələ heç kim deməyib ki, mən və ya biz Vəhhabiyik. Sünnəyə müxalif olan və ya bəzi radikal qrupları Vəhhabi adlandırırlar. Həqiqətdə isə bu düzgün fikir deyil. Çünki hər bir firqənin və ya radikal qrupun öz adı var. Məlumat üçün onu da qeyd etmək istərdik ki, "əl-Vahhəb" Uca Allahın adlarından biri olub mənası isə "bəxş edən" deməkdir. Qurani Kərimdə bu ad bir neçə yerdə xatırlanır. Ərəbcə Quranı oxuya bilənlər bunu daha aydın görə bilərlər. Məsələn o ayələrdən birində belə deyilir: "Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, bəxş edənsən (vəhhabsan)!" (Ali İmran, 8).
Ona görə də, hər hansı radikal qrupu Uca Allahın adı ilə əlaqələndirmək böyük bir xətadır.

Paylaş: