Nəyi icarəyə vermək olar?

    31.03.2015

Tələf olmadan fayda verən hər bir şeyi icarəyə vermək olar. Yalnız şəriətin qadağan etdiyi hallar istisnadır.
İcarəyə verilən şeyin təyini, icarə haqqının razılaşdırılması, iacarənin vaxtı və xidmət növünün təyin edilməsi şərtdir.
Uca Allah Musanın (əleyhissəlam) tərəf müqabili haqqında buyurur: «(Şüeyb) dedi: “Səkkiz il mənə xidmət etmək (qoyunlarımı otarmaq) şərti ilə qızlarımın birini sənə ərə verərəm. Əgər sən (həmin müddəti) tamamlayıb on ilə çatdırsan, bu, artıq sənin tərəfindən (olan bir lütfdür)...»[1].
Hənzələ digər rəvayətdə deyir: Mən, Rafi ibn Xədicdən torpağın qızıl və ya gümüş ilə icarəyə verilməsi haqqında soruşdum? O dedi: «Belə etmək olar. Peyğəmbərin (S.A.V.) vaxtında insanlar torpaqlarını icarəyə verir, çay kənarında, dağlarda, kiçik çay hövzələrində yetişən məhsulları və ya məhsulun müəyyən hissəni əvvəlcədən istəyirdilər. Belə halda bir tarla canlanır, digəri məhv olur, digəri canlanır, bu məhv olurdu. İnsanların bundan başqa icarəsi yox idi. Ona görə qadağan edildi. Zəmanət olan halda icarəyə vermək olar»[2].
Muzdluların haqqının verilməsi
İbn Ömər (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Muzdlunun təri qurumamış, onun haqqını verin»[3].
Muzdlunun haqqını verməyənin günahı
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Uca Allah buyurmuşdur: Üç qrup insan var ki, qiyamət günü Mən onlara qarşı olacağam: Mənim adıma and içərək vəd verib vədinə xilaf çıxan, azad insanı qul kimi satıb satdığının qiymətini yeyən, muzdlunu işlədib sonra onun haqqını verməyən»[4].

 
[1] əl-Qəsəs: 27.
[2] Rəvayət səhihdir. əl-İrva: 5/ 302/ № 1498. Müslim: 3/ 1183/ № 1547. Əbu Davud: 9/ 250/ № 3376. Nəsai: 7/ 43.
[3] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1980. İbn Macə: 2/ 817/ № 2443.
[4] Hədis həsəndir. əl-İrva: № 1489. Buxari: 4/ 417/ № 2227.