Məcburi evlənmə haqqında

    16.01.2014
Sual: 
Salam aleykum. Bagishlayin narahat edirem. Birini sevmeye-sevmeye ve o insana qarshi hech ne hiss etmediyim halda onunla meni mecbur evlendirmek isteyirler. İslamda bu gunahdirmi?
Cavab: 

Aleykum salam. Təbii ki, islamda məcburiyyət yoxdur. Ayədə də belə deyilir: "Dində məcburiyyət (zorakılıq) yoxdur...". (əl-Bəqərə, 256).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Bakirə qızdan onu evləndirmək haqqında icazə alınır. Susarsa, izin vermiş sayılır. Evlənmək istəməsə, zorla evləndirilməsi icazəli deyil". (Əbu Dəvud, ət-Tirmizi). Amma məsələ yenə də valideynlər ilə həll edilməlidir.

Teqlər: 
Paylaş: