Bunun icazəli olması

    31.03.2015

Uca Allah buyurur: «Doğrudan da, şəriklərin çoxu bir-birinə haqsızlıq edər. Yalnız iman gətirib yaxşı işlər görənlərdən savayı! Onlar da (təəssüf ki) çox azdırlar!...»[1].
Digər ayədə buyurulur: «...Əgər (vəfat etmiş) kişi və qadının (ata-anası və övladı olmayıb) eyni anadan tək bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə mirasın altıda biri düşür. Onların sayı birdən artıq olduqda isə hamısı həmin malın üçdə birinə şərikdir...»[2].
Əs-Saib (A.R.O.) Peyğəmbərə (S.A.V.) belə demişdir: «Sən cahiliyyət vaxtı mənimlə şərik idin və sən mənim ən xeyirli şərikim olmusan. Belə ki, sən məni incitməz, mübahisə etməzdin»[3].

 
[1] Sad: 24.
[2] ən-Nisa: 12.
[3] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1853. İbn Macə: 2/ 768/ № 2287.