Satacağı mala, hələlik sahib olmayanın peşin alması

    31.03.2015

Məhəmməd ibn Əbu Mücalid deyir ki, «Abdullah ibn Şəddad və Əbu Burdə məni Abdullah ibn Əbu Ovfənin (A.R.O.) yanına göndərib ondan belə soruşmağımı tələb etdilər: Peyğəmbərin (S.A.V.) vaxtında onun səhabələri buğdanı peşin satırdılarmı? Abdullah dedi: Biz Şam vilayətinin tacirlərindən, təyin olunmuş çəkidə və vaxtda, peşin buğda, arpa və yağ alırdıq. Mən ondan soruşdum: Malına sahib olanlardan? O dedi: Biz onlardan bu haqda soruşmazdıq. Daha sonra onlar məni Əbdürrəhman ibn Əbzənin yanına göndərdilər. Mən ondan da bu haqda soruşdum və o dedi: Peyğəmbərin (S.A.V.) vaxtında onun səhabələri peşin alış-veriş edərdilər. Biz isə onlardan, əkin sahələrinin olub-olmamasını soruşmazdıq»[1].

 
[1] Hədis səhihdir. əl-İrva: № 1370. Buxari: 4/ 430/ № 2244. Onun rəvayətinin mətni budur. Əbu Davud: 9/ 349/ № 3447. Nəsai: 7/ 290. İbn Macə: 2/ 766/ № 2282.