Borcunu qaytarmaqda çətinlik çəkənə möhlət vermək

    31.03.2015

Uca Allah buyurur: «Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır!»[1]
Huzeyfə (A.R.O.) deyir ki, mən Peyğəmbərin (S.A.V.) belə dediyini eşitmişəm: «Bir kişi vəfat etdikdən sonra ona deyirlər: Sən nə deyirdin? Kişi dedi: Mən insanlarla alış-veriş edir, borcunu qaytara bilməyənin borcunu bağışlayır, borca görə çətinlik çəkənin isə işini yüngülləşdirirdim. Beləliklə həmin kişi bağışlandı»[2].
Peyğəmbərin (S.A.V.) səhabəsi, Əbul Yusr (A.R.O.) onun belə dediyni rəvayət edir: «Kim Allahın kölgəsində kölgələnmək istəyirsə, borcunu qaytarmaqda çətinlik çəkənə möhlət versin, ya da borcu bağışlasın»[3].

 
[1] əl-Bəqərə: 280.
[2] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1963. Buxari: 5/ 58/ № 2391.
[3] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1963. İbn Macə: 2/ 808/ № 2419.