Mal-dövlətini müdafiə edərkən öldürülən şəhiddir

    31.03.2015

Kimsə insanı öldürmək və ya onun malını qəsb etmək istəyərsə, o, öz canını və malını müdafiə edə bilər.
Əbu Hureyrə (A.R.O.) deyir ki, bir kişi Peyğəmbərin (S.A.V.) yanına gəlib dedi: «Ey Allahın elçisi, əgər bir nəfər mənim malımı əlimdən almaq istəsə nə edim? O dedi: «Malını ona vermə!» Kişi dedi: Birdən müqavimət göstərərsə? O dedi: «Sən də ona müqavimət göstər». Kişi dedi: Əgər o məni öldürsə? O dedi: «Belə halda sən şəhid olarsan». Kişi dedi: Əgər birdən mən onu öldürsəm? O dedi: «O, cəhənnəmlik olar»[1].

 
[1] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: № 1086. Müslim: 1/ 124/ № 140. Nəsai: 7/ 114.