Asqırmaq səbr etməli olduğumuzu bildirir?

    17.01.2014
Sual: 
Salam aleykum. Biri asqirirsa, o biri de ureyinden nese kechirirse, onda bu o demekdir ki, sebr ele?
Cavab: 

Aleykum salam. Bu, sadəcə xurafatdır. Asqırmaq heç nəyi bildirmir və ya dəyişmir. Asqırdıqda edilən dua var. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: "Sizlərdən biri asqırsa "Əlhəmdulilləh" (Həmd olsun Allaha!) desin. Qardaşı və ya dostu isə ona: "Yərhəmukəllah" (Allah sənə rəhm etsin!) desin. O da cavabında "Yəhdiykumullahu və yuslihu bələkum" (Allah sizi doğru yola yönəltsin və işinizi avand etsin!) desin". (Buxari, 7/125).

Paylaş: