Heyvanı kəsərkən Allahın adını çəkmək (Bismillah demək)

    10.04.2015

Heyvanı kəsərkən Allahın adını çəkmək (Bismillah demək) kəsilən heyvanın halal olması üçün bir şərtdir. Kim qəsdən bu sözü deməyib heyvanı kəsərsə onun kəsdiyi halal sayılmaz.
Uca Allah buyurur: «Əgər siz Allahın ayələrinə inanan kimsələrsinizsə, üstündə Onun adı çəkilmiş (bismillah deyilərək kəsilmiş) heyvanları yeyin!»[1]
Digər ayədə isə belə buyurur: «Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün (çirkin fikirlər və yaramaz əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız»[2].
Rafi ibn Xədic Peyğəmbərin (S.A.V.) ona belə dediyini nəql edir: «Qanı axıdılan və kəsilərkən Allahın adı çəkilən heyvanı ye...» [3].
 

 
[1] əl-Ənam: 118.
[2] əl-Ənam: 121.
[3] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 2185.