Müsəlman bəndə özünün sünnəyə uyğun basdırılmasını vəsiyyət etməlidir

    10.04.2015

Bu gün əksər insanlar özündən sonra çox borc qoyub gedirlər, ələlxüsus cənazə ilə əlaqədar hallarda. Belə olduğu təqdirdə müsəlman bəndə özünün sünnəyə uyğun basdırılmasını vəsiyyət etməlidir. Örnəki isə bu ayə olmalıdır: «Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olamayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)»[1].
Ona görə Peyğəmbərin (S.A.V.) səhabələri belə vəsiyyət edərdilər. Bu haqda onlardan çox rəvayət gəlmişdir. Məsələn, Amir ibn Səd ibn Əbu Vaqqas deyir ki, atası sonuncu xəstəliyində belə demişdi: «Mənim qəbrimi ləhd formasında qazıyın, daşları da qarşısına dik şəkildə düzün. Peyğəmbər (S.A.V.) üçün necə edilmişdisə, elə»[2].

 
[1] ət-Təhrim: 6.
[2] Bax: Albaninin "Əhkamul Cənaiz" kitabı: səh. 8.