Üçdə bir hissə iki nəfərin payıdır

    10.04.2015

1. Mirasını tam almağa maneəçiliyi olmayan ana:
Uca Allah buyurur: «...Əgər onun övladı olmayıb, varisi yalnız ata və anadan ibarətdirsə, (malın) üçdə bir hissəsi anaya aiddir...»[1].
2. Sayları iki və ya daha artıq olan anabir bacı və qardaşlar:
Uca Allah buyurur: «...Əgər (vəfat etmiş) kişi və qadının (ata-anası və övladı olmayıb) eyni anadan tək bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə mirasın altıda biri düşür. Onların sayi birdən artıq olduqda isə hamısı həmin malın üçdə birinə şərikdir...»[2].

 
[1] ən-Nisa: 11.
[2] ən-Nisa: 12.