Artıq qalmış malın varisləri (əl-Asəbə)

    10.04.2015

Tərifi:
Ərəb dilində "əl-Asəbə" sözü insanın oğulları və ata tərəfindən olan qohumları mənasını verir.
"Əl-Asəbə" sözünün bu məqamda nəzərdə tutulan mənası, payı müəyyən edilmiş insanların öz paylarını götürdükdən sonra artıq qalan malı götürən varislər deməkdir. Əgər payları müəyyən edilmiş insanlar öz haqlarını götürəndən sonra artıq bir şey qalmasa onlara heç bir şey düşmür. Yalnız əgər varis oğul olarsa heç bir halda paydan məhrum olmur.
İnsanın digər qohumları da belədirlər. Yəni, mirası vermək üçün payı müəyyən edilmiş heç bir varis olmadıqda, miras, ölənin digər qohumlarına verilir.
İbn Abbas (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Vərəsə haqlarını öz sahiblərinə çatdırın. Artıq nə qalarsa o, (varislər arasında) birinci kişiyə (ölənə daha yaxın olana) verilməlidir»[1].
Uca Allah buyurur: «...Övladı (və atası) olmayan bir qadın vəfat etdikdə qardaşı onun varisidir (malının hamısı onun payına düşür)...»[2]. Bu məqamda uca Allah bütün mirası, yalnız qalmış qardaşa vermişdir. Digər qohumlar da ona müqayisə edilərək belə qənaətə gəlinmişdir.

 
[1] Buxari: 6/ 2476/ № 6351. Müslim: 3/ 1233/ № 1615. Tirmizi: 8/ 194/ № 2243.
[2] ən-Nisa: 176.