Əgər cinayətkarın işi rəhbərə çatıbsa onun üçün əfv istəmək məkruhdur (bəyənilmir)

    10.04.2015

Aişə (A.R.O.) deyir ki, Qureyşlilər əl-Məxzum qəbiləsindən olan oğurluq etmiş qadının əfv edilməsini istəyirdilər. Onlar öz aralarında dedilər: Bu haqda Peyğəmbərlə (S.A.V.) kim söhbət edə bilər? Sonra belə qərara gəldilər ki, bunu yalnız onun ən əziz yaxını olan Usamədən başqa heç kəs cürət edə bilməz. O, Peyğəmbərlə (S.A.V.) bu haqda söhbət etdi. Cavab isə belə oldu: «Sən Allahın təyin etdiyi cəzaya görə şəfaətçi olmaqmı istəyirsən?» Sonra qalxıb insanlara xitab edərək dedi: «Ey insanlar, sizdən əvvəlki ümmətlərin yollarını azmalarına səbəb, adlı-sanlı insanlar oğurluq etdikdə onları əfv edib, zəif insanlar oğurluq etdikdə isə onları cəzalandırmaları idi. Allaha and olsun ki, əgər Muhəmmədin qızı Fatimə oğurluq etsəydi, Muhəmməd onun əlini kəsərdi»[1].

 
[1] Buxari: 12/ 87/ № 6788. Müslim: 3/ 1315/ № 1688. Əbu Davud: 12/ 31/ № 4351. Nəsai: 8/ 74. Tirmizi: 2/ 442/ № 1455. İbn Macə: 2/ 851/ № 2547.