Cəzaları kim icra edir

    10.04.2015

Cəzaları yalnız rəhbər və ya onun təyin etdiyi məsul şəxslər icra edə bilərlər. Çünki Peyğəmbər (S.A.V.) sağlığında, xəlifələri də ondan sonra cəzaları özləri tətbiq edərdilər. Həmçinin Peyğəmbər (S.A.V.) bu işi başqasına da həvalə etmişdir. Belə ki, bir dəfə o belə demişdir: «Ey Uneys, bu adamın qadınının yanına get. Əgər zina etdiyini etiraf etsə, onu daşqalaq et»[2].
Ağa öz köləsini cəzalandıra bilər. Peyğəmbər (S.A.V.) demişdir:
«Əgər qadın kölə zina edib, zinası isbatlanarsa onu cəza miqdarında şallaqlasın. Amma artıq-əksik danışıb təhqir etməsin. İkinci dəfə zina edərsə yenə də şallaqlasın, amma təhqir etməsin. Üçüncü dəfə yenə zina edərsə o zaman onu heyvan tükündən toxunmuş bir ipə də olsa satsın»[3].

 
[1] Mənarus Səbil: 2/ 361.
[2] Buxari: 12/ 136/ № 6827 - 6828. Müslim: 3/ 1324/ № 1697 – 1698. Əbu Davud: 12/ 128/ № 4421. Tirmizi: 2/ 443/ № 1458. İbn Macə: 2/ 852/ № 2549. Nəsai: 8/ 240.
[3] Buxari: 12/ 165/ № 6839. Müslim: 3/ 1328/ № 1703.