Xarici ölkələrdən gələn qida məhsulları haramdırmı?

    15.05.2015
Sual: 
salam.xarici olkelerdan gelen yeyinti mehsulari haramdi?
Cavab: 

Aleykum salam. Tərkibində maye şəklində alkoqol olanları çıxmaq şərtilə qeyri ət məshullarının hamısını yemək olar. Ət məhsullarından isə yalnız kitab əhlinin (yəhudi və xristian) kəsdiklərini yemək olar, digər kafirlərin hazırladıqları ət məhsullarının yeyilməsi qadağandır. Həmçinin kitab əhlinin heyvanı şəriətdə buyurulmuş şəkildə kəsmədiyini bilirsinizsə, bu halda çəkinmək lazımdır. Məsələn, bəzi Avropa ölkələrində heyvanı elektrik şoku və ya küt alətlə vururaq öldürüb daha sonra kəsirlər. Bu cür kəsilmiş heyvanın ətinin yeyilməsi haramdır. Allahın Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Haramlar da bəllidir, halallar da. Bunların arasında olanlar isə şübhəli məsələlərdir. Kim şübhəli məsələlərdən çəkinərsə, dini qorumuş olar". (əl-Buxari; Muslim).

Paylaş: