İçki içənin cəzası

    13.04.2015

Həddi büluğa çatan insan içdiyi maddənin şərab olduğunu bildiyi halda öz ixtiyarı ilə şərab içərsə ona qırx çubuq vurulmalıdır. Əgər lazım olarsa hakim çubuqların sayını səksənə qədər artıra bilər. Demək Hüseyn ibn əl-Münzir deyir ki, «Əli, Valid ibn Uqbəyə içki içdiyinə görə qırx çubuq vurdu və sonra dedi: Peyğəmbər (S.A.V.) içki içənə qırx çubuq, Əbu Bəkr də qırx çubuq vurmuşdur. Ömər isə səksən çubuq vurub. Hamısı sünnədir. Bu isə mənə daha xoşdur»[1].
Əgər bir adam bir neçə dəfə təkrarən içki içər və hər dəfə cəzasını alarsa, amma yenə də içkidən əl çəkməzsə dövlət başçısı istəsə onu öldürtdürə bilər.
Demək Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Əgər kimsə sərxoş olarsa şallaqlayın. (İkinci dəfə) yenə içsə şallaqlayın. (Üçüncü dəfə) yenə də içsə şallaqlayın. Dördüncüdə dedi: Əgər yenə içsə onda boynunu vurun»[2].

 
[1] Rəvayət səhihdir. Müxtəsər Səhih Müslim: № 1047.Müslim: 3/ 1331/ № 1707.
[2] Həsənun Səhih. Səhih Sünən İbn Macə: № 2085. İbn Macə: 2/ 859/ № 2572. Əbu Davud: 12/ 187/ № 4460. Nəsai: 8/ 314.