Yol kəsməyin, quldurluq etməyin cəzası

    13.04.2015

Tərifi[1]:
"əl-Hərabə" bir dəstə müsəlmanın İslam ölkəsi daxilində dinə, əxlaqa, nizam-intizama və qanuna məhəl qoymadan, əminamanlığı pozmaq, qan axıtmaq, mal-dövləti qarət etmək, namus-qeyrəti tapdamaq və nəsil-nəcabəti qırmaq üçün üsyan etməsi, quldurluqla məşğul olmasıdır.
 
Hökmü:
Quldurluq etmək ən böyük cinayətlərdən sayıldığı üçün, onun cəzası da ən ağır cəza olmuşdur.
Uca Allah buyurur: «Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya da əl-ayaqlarının çarpazvari (sağ əllərilə sol ayaqlarını) kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalıdırlar. Bu (cəza) onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir»[2].
Ənəs (A.R.O.) deyir ki, Ukəl adlı vilayətdən bir dəstə Peyğəmbərin (S.A.V.) yanına gəlib İslamı qəbul etdilər. (xəstəlik səbəbi ilə) Mədinədə qalmaq onlar üçün çox çətin oldu. Peyğəmbər (S.A.V.) onlara sədəqədən toplanmış dəvələrin sidiyindən və südündən içməyi əmr etdi. Olar deyiləni etdilə və sağaldılar. Sonra mürtəd olub, dəvə otaran çobanları öldürüb dəvələri qaçırtdılar. Peyğəmbər (S.A.V.) onların ardınca adam göndərdi və onları gətirdilər. O, onların əllərini və ayaqlarını kəsdirib, gözlərini çıxartdırdı[3]. Onlar ölənə qədər, qanaxmanı dayandırmaq üçün onların yaralarına yağ da basmadı»[4].
Quldurların ələ keçməmiş etdikləri tövbə:
Uca Allah buyurur: «Sizin əlinizə keçməmişdən əvvəl tövbə edənlər müstəsnadır. Bilin ki, Allah bağışlayandır, rəhm edəndir!»[5].

 
[1] Fiqhus Sünnə: 2/ 393.
[2] əl-Maidə: 33.
[3] Çünki onlar da çobanları bu yolla öldürmüşdülər. Elə də cəza çəkdilər. (tərc.)
[4] Buxari və Müslim.
[5] əl-Maidə: 34.