Vədəli ticarət növü icazəlidirmi?

    20.01.2014
Kimdən: 
HopHop
Sual: 
Bir mağaza ev əşyaları satmaqla məşğuldur. Müştərilər müraciət edirlər ki, malı indi alıb pulunu hissələrlə ödəsinlər. Lakin mağazanın elə maddi imkanı yoxdur. Bunun üçün azad vəsaiti olan bir şəxslə müqavilə imzalayır ki, pay bölgüsü etmək şərti ilə müştərilərinə həmin üsulda mal sata bilsin. Məsələn: Mağazada malın nağd qiyməti 500 manatadır, 6 aya ödəmək şərti ilə 600 manat, 100 manat ikinci şərikə çatır. kinci şərik malın pulunu birinciyə ödəyir, 600 manatı isə 6 aya müştəridən alır. Bankda müştəriyə pul verirlər o isə həmin pula nəsə mal alır, burada isə malın özü verilir.
Cavab: 

Aleykum salam. Şəriətə görə bu cür ticarət əməliyyatına icazə verilmir, çünki müştərinin əvəzinə pulu ödəyən adam ticarət etmir. O, sadəcə olaraq,  satılan malın gəlirindən ticarət etmədən faiz əldə edir. Hal-hazırda bu işi banklar da görür, məsələn, avtomobil alqı-satqısında. Amma həmin adam mağazada malın alınmasına sərmayə yatızdırıb şərik olsa, bu zaman həmin ticarət növü şəriətə görə icazəli hesab olunur. Çünki artıq həmin şəxs də mal sahibi sayılır.

Teqlər: 
Paylaş: