İnsan qazilik vəzifəsinə nə zaman layiq görülür?

    13.04.2015

Hafiz İbn Həcər (Allah ona rəhmət etsin) "Fəthul Bari" əsərində (13/ 146) deyir:
"Şafiinin yaxını sayılan Əbu Əli əl-Kərabisi özünün "Ədəəbul Qada" adlı kitabında deyir: Mən, İslam alimləri içərisində bu məsələdə heç bir fikir ayrılığı görmürəm ki, qazi olan şəxs belə olmalıdır: O, fəzilət, sidq, elm və təqva sahibi kimi tanınmış, Allahın kitabını çox oxuyan, bu kitabın çox əhkamlarını bilən, Peyğəmbərin (S.A.V.) əksər sünnələrini bilən və əzbərləyən, həmçinin səhabələrin sözlərini də yaxşı bilən, məsələlərin şəriətə uyğunluğunu və ya zidd olmasını bilən, tabbinlərdən olan fəqihlərin rəylərini öyrənən, düzü əyridən fərqləndirən, qəfldən baş vermiş hadisə anında ilk olaraq Qurana, orada cavab tapmadıqda sünnəyə (hədislərə), orada da tapmasa səhabələrin ittifaq etdikləri rəyə uyğun hərəkət etməlidir. Əgər səhəbələrin ixtilaf etdikləri ilə qarşılaşarsa o zaman Qurana, sonra sünnəyə, daha sonra böyük səhabələrin fitvalarına oxşar olan bir rəyə əməl etməlidir. Həmçinin qazi olacaq insan elm adamları ilə daim elmi müzakirələr aparan, onlarla məşvərət edən olmalıdır. Təbii ki, bütün bunlar təqva və alicənablıqla olmalıdır. Həmçinin qazi olacaq insan dilini (qeybətdən, sözgəzdirməkdən, boş-boş danışıqdan), qarnını (qarınqululuqdan) və ayıb yerləni (zina və s. bu kimi günahlardan) qoruyan kimsə olmalıdır. O, münaqişə sahiblərinin dediklərini tez dərk etməlidir. Həmçinin o, nəfsi istəklərə uymayan, aqil kimsə olmalıdır..."
Sonra sözünə davam edərək deyir: "Biz bilirik ki, yer üzündə bu sifətlərə sahib olan elə bir insan yoxdur. Lakin, hər zaman və məkanın ən kamil və ən alicənab insanını qazi seçmək lazımdır".