Qazinin ədəb-ərkanı

    13.04.2015

Qazi, öz hərəkəti, sözü, davranışı və yaxınlaşma tərzi ilə mübahisə tərəfləri ilə ədalətli davranmalıdır[1].
Əbul Məlih əl-Huzəli deyir ki, Ömər ibn əl-Xəttab, Əbu Musa əl-Əşariyə məktub yazıb bildirdi: «Qazilik, öz təsdiqini tapmış bir fərz əməl, bizdən əvvəlkilərin sünnəsidir. Sənə bir iş həvalə edildikdə onu yaxşı başa düş. Dinlənilməyən haqq söz dəyərsiz olar. Davranış, oturuş və ədalətli olmaq baxımından insanlara bərabər gözlə bax. Adlı-sanlı insan səni zülmə sövq etməsin»[2].

 
[1] Mənarus Səbil: 2/ 460.
[2] Rəvayət səhihdir. əl-İrva: № 2619. Darəqutni: 4/ 206/ № 15.