Döyüş ədəb-ərkanı

    13.04.2015

Bureydə (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) bir qoşuna, yaxud bir dəstəyə başçı təyin edərkən ona uca Allahdan qorxmağı, onunla olan müsəlmanlara qarşı xeyirxah olmağı tövsiyə edər və sonra deyərdi: «Allahın adı ilə, Allah yolunda savaşın, Allaha küfr edənlərlə döyüşün. Döyüşün, amma ifrata varmayın, qəfl hücum edib xəyanət etməyin, işgəncə verməyin, uşaqları qətlə yetirməyin. Müşrik düşməninlə qarşılaşarkən onlara üç şeyi təklif et. Əgər onlar razılaşsalar sən bunu qəbul et və onlardan əl çək. Onları İslama dəvət et. Əgər qəbul etsələr onlardan əl çək. Sonra onlara öz diyarlarından mühacirlər diyarına köçməyi təklif et və onlara bildir ki, əgər onlar hicrət etsələr, mühacirlərə nə düşürsə onlara da düşəcək, mühacirlərin başına nə gələcəksə onların da başına gələcəkdir. Əgər onlar bundan imtina etsələr onlara bildir ki, onlar da digər ərabi müsəlmanlar kimidirlər. Onlara da, möminlərə aid olan Allahın hökmü tətbiq olunur. Onlara qənimətdən və ya döyüşsüz əldə olunmuş var-dövlətdən (ərəb. əl-Fey) heç bir pay düşmür. Yalnız əgər müsəlmanlarla cihad etsələr onlara da pay düşər.
Əgər onlar İslamı qəbul etməkdən imtina etsələr onda cizyə versinlər. Bununla razılaşsalar onlardan əl çək, əziyyət vermə. Yox əgər bundan da imtina etsələr Allaha güvən və onlarla döyüş»[1].
İbn Ömər (A.R.O.) deyir ki, «Peyğəmbərin (S.A.V.) döyüşlərinin birində öldürülmüş qadın meyidi tapıldı və Peyğəmbər (S.A.V.) qadın və uşaqların öldürülməsini qadağan etdi»[2].
Peyğəmbər (S.A.V.) Muaz ibn Cəbəli (A.R.O.) Yəmən camaatının yanına müəllim olaraq göndərdi və ona belə tövsiyə etdi: «Sən Əhli Kitab olan bir tayfanın yanına gedirsən. İlk olaraq onları "Lə iləhə illəllah, Muhəmmədən Rəsuləllah" – şəhadət kəliməsinə dəvət et. Əgər onlar bunu səndən qəbul etsələr onlara bildir ki, uca Allah onlara gün ərzində beş vaxt namaz qılmağı əmr etmişdir. Əgər onlar bunu da qəbul etsələr, onlara bildir ki, Allah onlara sədqə verməyi əmr etmişdir. Bu sədəqə onların varlılarından alınıb, kasıblarına verilir. Əgər onlar bunu da qəbul etsələr, onda bu sədəqəni onların yaxşı mal-dövlətindən götürmə. Özünü məzlumun duasından qoru. Həqiqətən də onunla Allah arasında (duasının qəbul olunması üçün) heç bir maneə yoxdur»[3].
 

 
[1] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: № 1111. Müslim: 3/ 1356/ № 1731. Tirmizi: 2/ 431/ № 1429. Onun rəvayəti müxtəsərdir.
[2] Buxari: 6/ 148/ № 3015. Müslim: 3/ 1364/ № 1744. Əbu Davud: 7/ 329/ № 2651. Tirmizi: 3/ 66/ № 1617. İbn Macə: 2/ 947/ № 2841.
[3] Buxari və Müslim.