Xümsün xərclənməsi

    13.04.2015

Qənimətin yerdə qalan beşdən bir hissəsi (xüms) beş yerə bölünür: bir pay Peyğəmbərə (S.A.V.) düşür və o bu payı lazım olan sahələrə xərcləyir. Bir pay onun qohum əqrəbasına, Haşim və Müttalibin övladlarına düşür. Bir pay yetimlərə, bir pay yoxsullara və bir pay da yolda qalmış müsafirlərə düşür.
Uca Allah buyurur: «...bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır)...»[1].

 
[1] Ənfal: 41.