Gecə güzgüyə baxmaq olarmı?

    18.01.2014
Sual: 
Salam aleykum. Gece guzguye baxmaq olarmi?
Cavab: 

Aleykum salam. İslamda güzgüyə baxmaq üçün və ya baxmamaq üçün xüsusi bir vaxt təyin olunmayıb. İslama görə heç bir şeydə uğursuzluq yoxdur. Bu cür inanclar tamamilə camaatın güman və lazımsız yerə xoflanmağından irəli gəlir. Bayquşun ulamağı, itin hürməsi, qara pişiyin kiminsə qabağından keçməsi, nərdivanın altından və sabunlu suyun üstündən keçmək, Çərşənbə axşamı (həftənin 2-ci) günü işə başlamaq, yaxud yola çıxmaq, gecə vaxtı güzgüyə baxmaq, tək asqırmaq, cüt asqırmaq, kəbinləri (nikahları) kəsilən ər-arvadın axşam vaxtı bayıra çıxması və ya gecə vaxtı dırnaq tutmaq (kəsmək) və bunlara bənzər bir çox şeydə uğursuzluq olduğuna inanmaq batil bir inancdır. Peyğəmbərimiz Məhəmməd (Ona və ailsəinə Allahın salamı və salvatı olsun) uğursuzluq haqqında belə buyurub: “Uğursuzluq yoxdur; ən gözəl şey (bir hadisəni) yaxşı yerə yozmaqdır”.  (Buxari, Tibb/44).
Sadəcə güzgüyə baxdıqda oxunan dua vardır. Bunu etmək daha yaxşı, həmdə sünnəyə müvafiqdir. İbni Səniyy, Əlidən (Allah onlardan razı olsun) rəvayət edir ki, peyğəmbər (s.a.s) güzgüyə baxdıqda belə deyərdi: "Əlhəmdulilləh, Allahummə kəmə həssəntə xalqi, fəhəssin xuluqi va hərrim vachiyə alən nar".  (İbni Hibban və Darimi)

Mənası; "Allaha həmd-sənalar olsun! Allahım yaradılışımı gözəl yaratdığın kimi, əxlaqımı da gözəlləşdir və üzümü Cəhənnəm atəşindən qoru!"

Ənəsin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə isə Allah Rəsulu (Ona və ailsəinə Allahın salamı və salvatı olsun) üzünü güzgüyə tərəf çevirib baxdıqda bu duanı oxuyardı: "Əlhəmdulilləhilləzi səvva xalqi fəadələhu, va kərramə surata vachi fəhəssənəhə, vacəaləni minəl muslimin".

Mənası; "Həm olsun o Allaha ki, məni yoxdan yaratdı, sonrada düzəldib qaydaya, insan şəklinə saldı. Daha sonra üzümü hörmətləndirib gözəlləşdirdi və məni müəslmanlardan elədi". 
 

Teqlər: 
Paylaş: