Cümə günü edilən, müstəhəb zikr və dualar

    14.04.2015

 

  1. Peyğəmbərə (S.A.V.) çoxlu salavat və salam demək:

Ovs ibn Ovs Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Sizin ən gözəl günlərinizdən biri cümə günüdür. Bu gündə Adəm yaradılmış, bu gündə də ölmüşdür, bu gündə (insanların məhşərə toplanması üçün) sura üfürüləcək, insanlar bu gündə diriləcəklər. Bu gündə mənə çoxlu salavat deyin. Həqiqətən sizin dediyiniz salavatlar mənə yetişir». Orada olanlar dedilər: Ey Allah elçisi, sənin cəsədin çürüdükdən sonra bizim salavatlarımız sənə necə yetişər? Peyğəmbər (S.A.V.) dedi: «İzzət və Cəlal sahibi Allah, torpağa, Peyğəmbərlərin cəsədlərini yeməyi haram etmişdir»[1].

2. Kəhf surəsini oxumaq: Əbu Səid əl-Xudri Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim cümə günü Kəhf surəsini oxuyarsa, bu onun üçün iki cümə arasında bir nur olar»[2].

3. Dualar qəbul olan məqama rastlamaq üçün, çoxlu dua etmək: Cabir Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Cümə günü on iki saatdır. Həmin vaxt Allaha dua edən bəndəyə, istədiyi verilər. Siz bu məqamı əsr namazından sonra axırıncı saatda axtarın»[3].

 
[1] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 889. Əbu Davud: 3/ 370/  № 1034. İbn Macə: 1/ 345/ № 1085. Nəsai: 3/ 91.
[2] Hədis səhihdir.əl-İrva: № 626. Səhih əl-Cami əs-Səğir: № 6470. Hakim: 2/ 368. Beyhəqi: 3/ 249.
[3] Hədis səhihdir. Hədisi Əbu Davud, Nəsai, Hakim rəvayət etmişlər. Mətndəki rəvayət Nəsainindir. Hakim isə hədisin Müslimin şərtlərinə əsasən səhih olduğunu demişdir. Səhih ət-Tərğib vət Tərhib: № 705. Müslim: 2/ 584/ № 853.