İkinci - Meyiti kəfənləmək

    14.04.2015

Meyiti kəfənləməyin vacib olması Peyğəmbərin (S.A.V.), həcc zamanı dəvəsi tərəfindən öldürülən kişi haqqında bu sözləri: “Onu su və sidr ilə yuyun, iki paltarda kəfənləyin...” [1] – deyib əmr etməsidir.
Kəfən və ya kəfənin dəyəri, meyitin öz malından sərf edilməlidir. Hətta onun bundan başqa mal-dövləti olmasa da belə etmək lazımdır. Demək, Xubbab ibn əl-Arat (A.R.O.) deyir ki, biz, sırf Allah üçün Peyğəmbərlə (S.A.V.) birgə hicrət etdik və Allah da bizim savabımızı, mükafatımızı verdi. Bizim aramızda elələri vardı ki, onlar verilən mükafatdan heç bir şey dadmamış vıfat etdi. Belələrindən də biri Musab ibn Umeyrdir. Bəzilərimiz isə bol məhsul əldə etdik. «Demək Musab ibn Umeyr, Uhud döyüşündə qətlə yetirildi. Biz onu kəfənləmək üçün əynindəki əbasından başqa heç bir şey tapmadıq. Əbası ilə başını örtdükdə ayaqları, ayaqlarını örtdükdə isə başı açılırdı. Bu halda, Peyğəmbər (S.A.V.) başını əba ilə, ayaqlarını isə ətirli qamışla[2] örtməyi əmr etdi»[3].
Kəfən ən azından, bədəni tam örtən bir paltardan ibarət olmalıdır. Əgər mövcud paltar qısa olarsa o zaman meyitin başı paltarla örtülür, ayaqlarının üzərinə isə ətirli qamış qoyulur.

 
[1] Buxari: 3/ 135/ № 1265. Müslim: 2/ 865/ № 1206. Əbu Davud: 9/ 63/ № 3222. Tirmizi: 2/ 214/ № 958. Nəsai: 5/ 195.
[2] Bu qamışın bir növüdür. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında bundan geniş istifadə olunardı. (tərc.)
[3] Buxari: 3/ 142/ № 1276. Müslim: 2/ 649/ № 940. Əbu Davud: 8/ 78/ № 2859. Nəsai: 4/ 38. Tirmizi: 5/ 354/ № 3943.