Namaz qılmaq haram olunan vaxtlarda, cənazə namazı qılmaq olmaz. Yalnız zəruri hallar istisnadır

    14.04.2015

Demək Uqbə ibn Amir (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) bizə günün üç vaxtı namaz qılmağı və ya ölülərimizi basdırmağı qadağan edirdi. Günəş doğub tam yüksələnə qədər, günorta kölgə itən vaxtdan günəş zenit xəttini keçənə qədər, günəş batmağa doğru meyl edib ta batana qədər»[1].

 
[1] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1233. Müslim: 1/ 568/ № 831. Əbu Davud: 8/ 481/ № 3176. Tirmizi: 2/ 247/ № 1035. Nəsai: 1/ 275. İbn Macə: 1/ 486/ № 1519.